Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:41

“Prezident günlərin bir günü dərk etdi ki...”


Azər Rəşidoğlu
Azər Rəşidoğlu

►“Çünki ölkə başçısı Nazirlər Kabinetinin tərkibini tam mənada dəyişmək fikrindədir."

“Tolerant” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, milli təhlükəsizlik naziri Eldar Mahmudovun "vurulması" və son dövrün digər səs-küylü hadisələrini şərh edir.

- Artıq hansısa nazirin işdən çıxarılması heç kəsi təəccübləndirməyəcək. Çünki ölkə başçısı Nazirlər Kabinetinin tərkibini tam mənada dəyişmək fikrindədir. Bu gün vəzifəsini itirənlər daha çox ikinci hakim ailəyə - Paşayevlərə bağlı və ya adları onlarla hallanan insanlardır. Bu baxımdan, tezliklə adı bu ailəylə hallanan nazirlərin, komitə sədrlərinin vəzifəsini itirməsini ehtimal etmək olar. Hakimiyyət daxilində sistem böhranı o dərəcədə dərinləşib ki, ölkə rəhbərinin yaxın ətrafını köklü şəkildə təmizləməkdən başqa çıxış yolu qalmayıb. Ona görə də yaxın vaxtlarda bütün nazirlərin dəyişməsini ehtimal etmək olar.

Buna da bax: Arif Yunusun ilk müsahibəsi - VİDEO

- Bu olayların yəqin həm də MTN-də baş verənlərlə bağlılığı var?

- Hesab edirəm ki, bu, MTN-də baş verənlərlə bağlıdır. MTN işində ictimaiyyətə açıqlanmayan və yəqin ki, heç vaxt açıqlanmayacaq tərəflər var. Məcazi mənada desək, saray sui-qəsd planı həyata keçirildi. Məmurların, o cümlədən, nazirlərin böyük əksəriyyəti etimadlarını itiriblər. Onların hamısı dəyişdiriləcək. Digər tərəfdən dövlət başçısı da anlayır, – sistem böhranı o qədər dərinləşib ki, artıq bu kadrlarla hakimiyyəti, dövləti idarə etmək mümkünsüzdür. Bu, ağır fəsadlara gətirib çıxara bilər. Odur ki, hakimiyyətinə ikinci nəfəs vermək üçün kadrlarını dəyişmək niyyətindədir, bu, qaçılmazdır. Ancaq bu, kadr islahatı kimi qəbul edilməməlidir. Dəyişən adlardır, idarəertmənin fəlsəfəsi yerində qalır. Güman etmirəm ki, həmin kadrların dəyişdirilməsi ilə sistem böhranından çıxmaq mümkün olacaq. Bunun üçün çox ciddi struktur islahatları, siyasi, sosial, iqtisadi islahatlar aparılmalıdır. Prezident bu islahatlara hazırdırmı, bu, başqa mövzudur.

Əli Abbasov
Əli Abbasov

- İllərlə vəzifədə olan nazirlərin kabinetdən uzaqlaşdırılması siyasi hakimiyyət üçün hər hansı təhlükə vəd etmir ki?

- Əslində, həmin nazirlərin qalması hakimiyyət üçün ciddi təhlükə yaradırdı. Prezident günlərin bir günündə anladı və dərk etdi ki, məlumatlara malik oldu ki, onun təyin etdiyi nazirlərin çoxu ona yox, başqalarına - ad çəkməyək - işləyirmiş. Bu baxımdan onların vəzifədə qalması özü ciddi təhlükələr yaradardı. Onların çıxarılması ilə dövlət başçısı təhlükələrdən sığortalanmaq istəyir. Yenə deyirəm, sistem böhranı elə dərinləşib ki, özü təhlükədir. İslahatlara gedilməsə, siyasi hakimiyyət iflic ola bilər.

- Bu gün hakimiyyətdən uzaqlaşdırılanlar sabah siyasi hakimiyyətə qarşı cəbhə açmayacaqlar yəni?

- Heç bir halda.

Buna da bax: Xədicəyə daha bir nüfuzlu mükafat!

Hakimiyyətin belə iradəsi yoxdur, ancaq islahatlara zərurət yaranıb, bəli. Siyasi hakimiyyət də bunu başa düşür.

- Çünki vəzifədən uzaqlaşdırılanlar hər hansı formada cəzalandırılmır, haqlarında ciddi ittihamlar səslənsə belə.

- Onların bir qismi həbs olunacaq. Sadəcə, maliyyə bölgüsü gedir. Bir də dövlət başçısına qarşı çıxanların özləri, ətrafları həbs oluna, biznes maraqları darmadağın edilə bilər. Buna görə də sakit oturmağa meyl edəcəklər.

- Söhbət boyu islahatlara zərurət yaranmasını xüsusi vurğuladınız. Bəs hakimiyyətin islahata getmək niyyəti sezilirmi? Belə iradə varmı ortada, sizcə?

- Hakimiyyətin belə iradəsi yoxdur, ancaq islahatlara zərurət yaranıb, bəli. Siyasi hakimiyyət də bunu başa düşür. Anlayır ki, siyasi fiaskonun qarşısını almaq üçün addımlar atılmalıdır. Bu olmasa, vəziyyət idarəolunmaz həddə çata bilər. Güman edirəm ki, prezident son anda olsa belə, buna gedəcək. Ancaq gecikəcəksə, gözlənilən effekt alınmaya da bilər.

XS
SM
MD
LG