Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:53

Nazir müavininin nədə günahlandırıldığı açıqlanıb


DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, mayın 12-də Mədəniyyət Nazirliyinin həbs edilən rəhbər şəxsləri ilə bağlı açıqlama yayıb.

Söhbət mədəniyyət nazirinin müavini Rafiq Bayramov və bu nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdan gedir.

DTX iddia edir ki, onların vəzifə səlahiyyətlərindən istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar var. Bildirilir ki, mayın 8-də məhkəmənin qərarı əsasında R.Bayramovla Z.Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirilib: "Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb".

İddiaya görə, tarixi abidələrin, mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini Z.Sultanovun mənimsəməsinə əsaslı şübhələr meydana çıxıb.

Açıqlamaya görə, şübhə yaranıb ki, rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatları rəsmiləşdirilərək, əvəzində onların əmək haqlarından tutulan vəsaitlər, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlər ələ keçirilib. Bu məsələlərdə isə R.Bayramov şübhəli sayılır.

Habelə açıqlamada musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin də mənimsənilməsinə dair şübhələr yer alır.

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə… təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu açıqlamaya, hələlik, R.Bayramov, Z.Sultanov və onların vəkillərindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

R.Bayramov və Z.Sultanov artıq vəzifələrdən çıxarılıblar.

Xatırlatma

DTX son aylar Ağstafa, Neftçala, İmişli və Biləsuvar rayon icra hakimiyyətlərində də əməliyyat keçirib. Həmin rayonların icra başçıları həbs edilib. Onlar rüşvət və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılırlar. İttihamlara, hələlik, onların və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb. Sonuncu belə əməliyyat mayın 5-i İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.

Multimedia

XS
SM
MD
LG