Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:07

İqtisadçı: 'Hökumət qarşıdakı illərdə büdcəni doldurmaqdan ötrü...'


N.Cəfərli
N.Cəfərli

«Son vaxtlar gediş haqlarının və bir sıra rüsumların artırılması gələcək illərdə hökumətin büdcə ilə problem yaşaya bilməsi xəbərdarlığıdır». Bunu iqtisadçı, REAL Partiyasının icra katibi Natiq Cəfərli gömrük yığımlarının artırılması ilə bağlı Nazirlər Kabinetinin yeni qərarını şərh edərkən deyib.

İqtisadçı hesab edir ki, yığımların artırılması bir neçə səbəbdən irəli gəlir: «Birincisi, bu, Azərbaycanda neft hasilatının azalması ilə bağlıdır. Artıq hasilatın pik nöqtəsi çoxdan keçilib və neft hasilatı getdikcə azalır. İkincisi isə, neftin qiymətinin sabit olmaması ilə əlaqəlidir. Yəni, dünya bazarında neftin qiyməti istənilən vaxt enə bilər».

N.Cəfərli deyib ki, daha bir səbəb isə dövlətin borcunun artmasıdır.

İqtisadçıya görə, ölkədə islahatlar aparılmayıb, yeni gəlir mənbələri aşkar edilməyib. Onun fikrincə, hökumət qarşıdakı illərdə büdcəni doldura bilməkdən ötrü tarif və rüsumları artırmaq yolunu tutub.

«Bu isə çıxış yolu deyil, bu belə çox da davam edə bilməz. Bu həm biznesin, həm də əhalinin onsuz da az olan gəlirlərinə pis təsir edəcək», - iqtisadçı vurğulayıb.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il yanvarın 1-də Azərbaycanın xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin əvvəlində bu rəqəm 6 milyard 913.2 milyon ABŞ dollarına bərabər idi. Maliyyə Nazirliyi ötən il hər 3 aydan bir dövlət borcu ilə bağlı məlumatları açıqlasa da, bu il hələ ki, bunu açıqlamayıb.

Ekspertlər dövlət borcunun kəskin artdığını düşünürlər.

Gömrük Komitəsinin işini necə qiymətləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Xatırlatma

Azərbaycan Nazirlər Kabineti «Gömrük yığımlarının məbləğləri»nə dəyişikliklər edib.

Gələn aydan qüvvəyə minəcək yeni qərara görə, malın gömrük dəyəri 1000 manatadək olduqda 15 manat (hazırda 10 manatdır), 1000 manatdan yuxarı və 10000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır) tutulacaq.

Malın gömrük dəyəri 50000 manatadək olduqda 120 manat (hazırda 100 manatdır), 100000 manatdan yuxarı və 500000 manatadək olduqda isə 300 manat (hazırda 100000 manatdan yuxarı olduqda 275 manatdır) ödənilməsi lazım gələcək.

Habelə, Nazirlər Kabineti ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ilə bağlı rüsumları 4 dəfədən 30 dəfəyə qədər artırıb.

Bu günlər, eyni zamanda, Tarif Şurası da ictimai nəqliyyatda gediş haqlarını 50 faiz artırıb. Rəsmilər bunu avtobus parkının yenilənməsi, ehtiyat hissələrin xaricdən valyuta ilə gətirilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istəyi ilə izah edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG