Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:40

«Deyir, «pulumu vermişəm, işimi görürəm, kimə nə...». Binanın qarşı və arxa tərəfində apardığı qazıntı, tikinti işləri bütün binanı təhlükə qarşısında qoyub».

Nizami rayonu, Naxçıvanski küçəsindəki 39 saylı binanın sakinləri həmin binada qanunsuz qazıntı və tikinti işləri aparıldığını bildirirlər. Bina sakini Elməddin Qazıyevin deməsinə görə, rəsmi qurumlara yazdıqları məktubların cavabında binanın fəsadında hər hansı iş aparılmasının qanunsuz olduğu bildirilsə də, iş davam edir:

«BİNAYA ZİYAN VURUR»

«Rəşad adlı sakin binanın qarşısında, arxasında və zirzəmisində inşaat işləri görür. Bununla da binaya ciddi ziyan vurur. Zirzəmidə aparılan söküntü binanı təhlükəli vəziyyətə gətirib. 2015-ci ildə şikayətlərimizdən sonra binanın qarşı tərəfindəki tikinti işləri dayandırıldı, qazıntı yeri dolduruldu. Ötən ilin dekabrında işləri yenə davam etdirməyə başladı. Biz yenidən şikayətə başladıq».

***Buna da bax-Qəfil peyda oldu ki, 'Burda çayxana açıram'

Sakinlərin növbəti şikayətindən sonra Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməsi ilə bağlı akt tərtib edib. İcra hakimiyyəti də tikilinin sökülməsi üçün məktub göndərib. Ancaq sakinlərin iddiasına görə, tikintini aparan şəxs heç nəyə və heç kəsə məhəl qoymadan işini davam etdirir.

Tikintini aparanla qonşular arasında dəfələrlə mübahisə baş verib. Hətta xəsarət alaraq xəstəxanaya yerləşdirilən də olub. Bina sakini Elvin İbadov deyir, aldığı xəsarətə görə iki aya yaxın xəstəxanada müalicə olunub:

«Döyülməyimə görə polisə də müraciət olunub. Ancaq hələ də nəticəsi yoxdur».

Sakinlər iddia edirlər ki, binanın zirzəmisində işləyən fəhlələr oradan iri beton parçalarını sındırıb çıxarmaqla hamının həyatını təhlükəyə atıblar.

RƏSMİ ORQANLAR DA XƏBƏRDARLIQ EDİB

Qeyri-iş günləri olduğundan Nizami rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, qurumun sakinlərə yolladığı məktublardan aydın olur ki, tikinti qanunsuzdur və dayandırılması barədə xəbərdarlıq olunub. Məsələn, bir il əvvəl icra hakimiyyəti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı rəisinə belə bir məktub yazıb:

***Buna da bax-Binaların zirzəmilərinə doluşan itlər sakinlərə qənim kəsilib

«... Qaldırılan məsələni araşdırıb, sözügedən əlavə tikilinin sökülməsini təmin etməyinizi, nəticəsi barədə Nizami rayon İcra Hakimiyyətinə məlumat verməyinizi xahiş edirik».

Qurum sakinlərin növbəti müraciətlərinə bu ilin fevralında daha bir cavab məktubu göndərib.

Məktubda qeyd olunur ki, «... müvafiq icazə sənədləri, müvafiq ekspertiza orqanından rəy alınmadan həmin zirzəmi sahəsindəki torpaq qatı çıxarılaraq döşəmə səviyyəsi aşağı salınıb, binanın təməlini təşkil edən dəmir beton blokların bir hissəsi sökülərək zirzəmiyə əlavə giriş açılıb».

Məktubda sakinlərə tövsiyə olunub ki, işlərin dayandırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsinlər.

Bu ilin martında isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə göndərdiyi məktubda yazır:

«... Binanın zirzəmisində söküntü işlərinin aparılması barədə daxil olmuş ərizə Agentliyin mütəxəssisləri tərəfindən araşdırılıb. Araşdırma zamanı ərizədə qeyd olunan məsələlər əksini tapıb və müvafiq akt tərtib olunub».

Agentlik quruma tikintinin qarşısının alınması üçün tədbir görülməsini tapşırıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG