Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

Qəfil peyda oldu ki, «Burda çayxana açıram»


«Gətirib armaturları, tikinti materiallarını töküb əraziyə, deyir, «burda çayxana açıram». Deyirik, «burda bu qədər ağac var, camaatın binasının qabağıdır, pəncərələrin altıdır, bura çayxana yeri deyil axı». Deyir, «pulumu vermişəm, tikirəm, kimə nə? Sizə ağac lazımdır, yoxsa çay?». Eləcə, hamıyla məzələnir, işini də görür».

«PUL VERMİŞƏM, ÇAYXANA AÇIRAM»

Binəqədi rayonu, «Azadlıq» metrostansiyası yaxınlığındakı məhəllələrdə yaşıllıqlar məhv edilir. Süleyman Sani Axundov küçəsindəki 3a binasının sakinləri AzadlıqRadiosuna danışırlar ki, binaların ərazisindəki ağacları kəsdirən adam burada çayxana tikəcəyini bildirib.

Bina sakini Vüqar Aslanov:

«Burdakı ağacları 30-35 il əvvəl sakinlər özləri əkib. Binaların qarşısıdır, adamlar kölgəsində sərinlənir, özümüz üçün ekoloji təmizlik yaratmışıq. Heç bilmirik ki, kimdir, nəçidir, haradan gəlib. Qəfil peyda olub, özünü elə aparır ki, sanki buraların sahibidir. Deyir, «pul vermişəm, çayxana açıram, heç kəs söz deyə bilməz»».

«MATERİALLARI ƏRAZİDƏN YIĞIŞDIRIB GEDİB»

Sakin Əfqan Əliyevin deməsinə görə, çayxana tikmək fikrinə düşmüş və yaşıllıq ərazini hasarlamış adamı ərazi üzrə mənzil kommunal sahəsinin rəisi və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri himayə edir.

Binəqədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, iyunun 13-də qeyd olunan ünvandakı yaşıllığı hasarlamağa və ağacları kəsməyə cəhd edən şəxs sakinlərin müqaviməti ilə üzləşib:

«Hadisədən xəbər tutan kimi əməkdaşlarımızı göndərmişik, həmin şəxsə xəbərdarlıq edib, o da gətirdiyi materialları ərazidən yığışdırıb, gedib».

Sakinlərsə düşünürlər ki, bu cür özbaşınalıqlar elə icra hakimiyyətinin yastığının altından çıxır. Üstəlik, armaturlarını yığışdırıb gedən və sonadək də adını bəlli etməyən şəxs sakinlərə «icra hakimiyyətini görüb yenə gələcəyəm» deyə «ultimatum» da verib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG