Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Naxçıvanda 2020-ci ildən tibbi sığorta işə düşməlidir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 18-də icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası dövlət televziyası məlumat yayıb.

Həmin sənədə əsasən icbari tibbi sığorta sistemi 2020-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə etməlidir.

Bundan ötrü Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə və

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşrıqlar verilib.

Sərəncama görə, Agentlik icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təklifləri hazırlamalı və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.

Eyni zamanda, yerli Maliyyə Nazirliyi, Vergilər Nazirliyi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddəsində nəzərdə tutulan icbari tibbi sığorta üzrə sığorta haqlarının yığılmasına nəzarəti təmin etməlidirlər.

Bu il martın 1-də prezident İlham Əliyev də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşərkən bütünlükdə Azərbaycanda icbari tibbi sığorta sisteminə keçiddən danışmışdı:

“Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir”.

Azərbaycanda icbari tibbi siğortanın məbləği ötən ilin sonunda müəyyən edilib. Bu dekabrın 28-də Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Xidmətlər zərfinin baza hissəsi üzrə illik adambaşına 29 manat sığorta ödənilməsi nəzərdə tutulub. Digər kateqoriyalardan olan insanlar isə 120 mant ödəməklə tibbi yardım almalıdırlar. Bəzi insanlar da dövlət hesabına sığorta olunmalıdırlar. Bunlar uşaqlar, əlillər, pensiyaçılar, sosial müavinət alnlar və bu kimi başqa insanlardır.

Muzdla çalışanlar isə işə götürənlərin və öz vəsaiti hesabına sığorta olunmalıdırlar.Mülkü-hüquqi müqavilə əsasında işləyənlər də öz hesablarına tibbi yardım ala bilərlər.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Hazırda icbari tibb sığortanın dəqiq şərtlərin müəyyən edilərək hazırlandığı bildirilir.

Xatırlatma

Azərbaycanda “İcbari tibbi sığorta haqqında” Qanun 20 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib.

Dövlət başçısı bir də bundan 9 il sonra, 2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir.

Həmin ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir.

XS
SM
MD
LG