Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Navalny yenə həbs edildi


Polis iyunun 12-də keçirilən aksiyada Aleksey Navalny-nı saxlamışdı
Polis iyunun 12-də keçirilən aksiyada Aleksey Navalny-nı saxlamışdı

Moskva şəhərinin Xoroşevski rayon məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalny-nı ictimai tədbirdə iştirak qaydasını təkrar pozduğuna görə 10 sutkalıq həbs edib.

İttiham tərəfinin versiyasına görə iyunun 12-də polis tərəfindən şərlənmiş jurnalist Ivan Golunova dəstək yürüşü zamanı Navalny küçənin bağlanmasında iştirak edib, habelə siyasi şüarlar səsləndirib.

Burası da var ki, ötən həftə Xoroşevski məhkəməsi işə baxılmasına mane olan çatışmazlıqların aradan qaldırılması üçün Navalny barədə işi Strogino rayonunun polis şöbəsinə qaytarıb.

Korrupsiya ilə Mübarizə Fondu isə bildirir ki, iyulun 1-də keçirilən məhkəmədə polis Navalny-nın təqsirini sübut etmək məqsıdilə foto və video nümayiş etdirib. Bu materiallarda Navalny görünmür. Bundan başqa polis müttəhimin küçəni bağladığına dair raportu təqdim edib, halbuki Navalny bu küçədə ümumiyyətlə olmayıb.

Siyasətçi öz həbsini Moskva Şəhər Dumasına müxalifətçi namizədlərin irəli sürülməsi kampaniyasındakı fəallığı ilə əlaqələndirir. Seçki sentyabrın 8-də olacaq.

Navalny fondu qərargahının fəalları demək olar ki, hər gün həbslərə məruz qalsalar da, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri üçün bu, bu il ilk həbs olub.

İndiyədək Navalny inzibati xətalarla bağlı 12 dəfə həbs olunub və təcridxanalarda 200 gündən çox saxlanıb.

İyunun 12-də Golunova dəstək yürüşündə polis ümumilikdə 500-dək etirazçını saxlayıb. Polis aksiyanı dağıtmaq üçün zordan istifadə edib.

İyulun 1-də Navalny Moskva Şəhər Duması sədrinin hakim Vahid Rusiya partiyasından olan müavini Andrey Metelsky və ailəsinin 6 milyard rublluq daşınmaz əmlaka sahib olduğunu iddia edən yeni təhqiqatını dərc edib.

Navalny-nın araşdırmasına görə Metelsky ailəsi 2007-ci ildən bəri Avstriyada 4 mehmanxana alıb. Bütün bunlar Moskva Duması sədrinin anası Eldebitta Metelskayanın adına qeydiyyatdan keçirilib.

Hesabatda bu da deyilirdi ki, Vahid Rusiya partiyasından olan Metelsky ailəsinin Moskvada bir neçə elitar mənzili və dəbdəbəli Rublyovka qəsəbəsində iki daçası var.

Bundan başqa Metelsky-yə aid şirkətin Moskvada Paveletsk vağzalı yaxınlığında və Lefotovo rayonunda bahalı yaşayış komplekslərinin tikintisi ilə məşğul olduğu bildirilir.

Exo Moskvı radiosunun suallarına cavab verərkən Metelsky deyib ki, söhbəti gedən mülklərin ona heç bir aidiyyəti yoxdur və bu daşınmaz əmlakı onun anası öz puluna alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG