Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:15

Moskvada azı 400 nəfər saxlanıb


Moskvada saxlanan etirazçı
Moskvada saxlanan etirazçı

OVD-Info monitorinq qrupu saxlananların sayının 400-ü keçdiyini bildirib.

***

Moskvada polis yürüşə çıxmış onlarla etirazçını saxlayıb. Onlar araşdırmaçı jurnalist Ivan Golunov azadlığa buraxılandan sonra hakimiyyətə təzyiqi saxlamaqdan ötrü nümayişə çıxıblar. Jurnalist tərəfdarlarının saxta saydığı narkotik ittihamıyla saxlanmışdı.

İyunun 12-də Rusiya paytaxtında saxlananlar sırasında müxalifətçi Aleksei Navany və bir sıra jurnalistlər də olub. Moskvada etirazların və həbslərin monitorinqini aparan OVD-Info azı 94 nəfərin saxlandığını bildirib.

Ivan Golunov-un azadlığı üçün Marş adlı yürüş jurnalistə azadlıq tələbiylə planlaşdırılmışdı. O, iyunun 6-da saxlanmışdı. Ancaq Daxili işlər naziri Vladimir Kolokoltsev iyunun 11-də axşam elan edib ki, jurnalistin cinayət törətməsinə dəlil olmadığından ittihamlar ləğv olunub. Az sonra Golunov azadlığa çıxıb.

Aleksei Navalny saxlanır
Aleksei Navalny saxlanır

Narkotiklə bağlı işlərin araşdırılmasını tələb edirlər

Yürüşə icazə verilmədiyindən təşkilatçılar iyunun 11-də axşam deyiblər ki, vətəndaşları daha aksiyaya çağıra bilmirlər və iştirakla bağlı özləri qərar versinlər. 25 minədək adam yürüşə gedəcəyini yazmışdı. Bugünkü yürüşə yüzlərlə etirazçı qatılıb.

Golunov-a dəstək şüarları yazılmış qısaqol köynəklər geyinmiş nümayişçilər hakimiyyətə təzyiqi saxlamaq istədiklərini deyiblər. Bəzilər tələb ediblər ki, narkotiklə bağlı şübhəli saydıqları digər işlər araşdırılsın.

“Ona görə burdayam ki, narkotik ittihamıyla həbsdə olan siyasi məhbuslarımız çoxdur”, – 21 yaşlı universitet məzunu Dana deyib. “Rusiyanın narkotik siyasəti dəyişdirilməlidir”, – o, sözlərinə əlavə edib.

Yürüşdə saxlananlar
Yürüşdə saxlananlar

Golunov-un qəfil azadlığa buraxılması davamlı ictimai təzyiq, jurnalistlər və media işçiləri arasında görünməmiş həmrəylik nümayişi sayəsində mümkün olub.

Nümayiş başlanan kimi polis etirazçıları tutmağa start verib. Navalny elə yürüşün keçirildiyi meydanda saxlanıb.

Saxlananlar içində Moskvanın aparıcı rəsmiləri arasında korrupsiyanı araşdıran Meduza onlayn xəbər saytının reportyoru da olub.

XS
SM
MD
LG