Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Navalny:"Qazprom"la müqavilə bağlanmayacaq,Deripaskanın biznesinə ciddi ziyan dəyəcək


 Alexei Navalny
Alexei Navalny

Rusiyalı müxalifətçi Aleksei Navalny deyir ki, ABŞ-ın yeni sanksiyasına görə rusiyalı oliqarx Oleg Deripaskanın biznesinə ciddi ziyan dəyə bilər.

Yeni sanksiyaya görə, Deripaskanın şirkətləri Rusiya Federasiyasından başqa, faktiki başqa yerdə nəsə satmaq və ya ödəniş etmək imkanından məhrum olur.

Navalny saytında yazır ki, ABŞ Deripaskanın RUSAL şirkəti üçün ikinci bazar idi və indi o bazar bağlanıb.

Oleg Deripaska
Oleg Deripaska

Bundan başqa digər xarici şirkətlər də RUSAL-dan heç nə almayacaqlar, çünki ABŞ onları da sanksiyalar siyahısına sala bilər- Navalny yazır.

Müxalif siyasətçi daha sonra qeyd edir ki, bu sanksiyalar “Putinin effektiv menencerləri” olan Aleksei Miller ( Qazpromun sədri) və VTB Bankın sədri Andrey Kostinin “fəxri istefalarına” səbəb ola bilər.

Navalny deyir ki, çünki ABŞ şirkətləri Millerlə Kostinin adları keçən sənədlərlə “Qazrom” və ya VTB ilə heç bir mqavilə bağlaya bilməzlər.

Navalny ona da diqqəti çəkir ki, ABŞ maliyyə nazirliyinin sənədlərində milyarder Kirill Shamalovun, Putinin kürəkəni-onun qızı Katerina Tixinovanın əri olduğu vurğulanır.

President Vladimir Putin və Kirill Shamalov
President Vladimir Putin və Kirill Shamalov

Buna da bax: ABŞ-ın yeni sanksiya siyahısında ‘Putinin kürəkəni’ də var.

Müxalifətçi hesab edir ki, indi Rusiya KİV-ləri “Putinin qızı olduğu bildirilən Katerina Tixinova” sözünə müraciət etməyəcəklər.

Qeyd edək ki, ABŞ-ın aprelin 6-da elan etdiyi yeni sanksiyalar siyahısına Rusiaynın metallurgiya maqnatı Oleq Deripaska, Gazpromun rəhbəri Aleksey Miller, Putinin keçmiş təhlükəsizlik rəsmisi Viktor Zolotov və Milli təhlükəsizlik şurasının sədri Nikolay Patruşevin adları var.

Sanksiyalar keçmiş baş nazir və xarici kəşfiyyatın rəhbəri Mixail Fradkova, VTB bankın rəhbəri Andrey Kostinə, daxili işlər naziri Vladimir Kolokoltsev və maqnat Viktor Vekselberqə də şamil edilib.

ABŞ-ın maliyyə naziri Steve Mnuchin bəyan edib ki, “Rusiya hökuməti Krımın işğalı, Assad rejiminə dəstək, Qərb demokratiyalarına müdaxilə də daxil dünya boyunca özünün ziyanlı fəaliyyətini davam etdirir”.

ABŞ Moskvanı həm də 2016-cı ildə ölkədə keçirilən prezident seçkilərinə müdaxilədə günahlandırır.

Moskva ittihamları rədd edir.

Son sanksiyalar ümumilikdə 24 nəfər və 14 şirkəti hədəfləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG