Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 22:15

ABŞ-ın yeni sanksiya siyahısında ‘Putinin kürəkəni’ də var


Kirill Shamalov 2015-ci ildə
Kirill Shamalov 2015-ci ildə

Birləşmiş Ştatlar Rusiya siyasi və biznes elitasının Vladimir Putinə yaxınlığı olduğu düşünülən 20-dən çox nümayəndəsinə qarşı yeni sanksiyalar elan edib.

Rusiyanın şərqi Ukrayna münaqişəsindəki roluna, habelə onun 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair iddialarla bağlı irəli sürülən bu sanskiyalar Rusiyanın ən mühüm maqnat və rəsmilərini hədəfləyir.

Aprelin 6-da elan edilmiş sanksiyalar siyahısına Rusiaynın metallurgiya maqnatı Oleq Deripaska, dövlət qaz nəhəngi Gazpromun rəhbəri Aleksey Miller, Putinin keçmiş qüdrətli təhlükəsizlik rəsmisi Viktor Zolotov və Putinin milli təhlükəsizlik şurasının sədri Nikolay Patruşevin adları var.

Bundan başqa sanksiyalar keçmiş baş nazir və xarici kəşfiyyatın rəhbəri Mixail Fradkova, VTB bankın rəhbəri Andrey Kostinə, daxili işlər naziri Vladimir Kolokoltsevə və maqnat Viktor Vekselberqə tətbiq edilib.

ABŞ-ın maliyyə naziri Steve Mnuchin bəyan edib ki, “Rusiya hökuməti Krımın işğalı, Assad rejiminə dəstək, Qərb demokratiyalarına müdaxilə də daxil dünya boyunca özünün ziyanlı fəaliyyətini davam etdirir”.

Mnuchin deyib ki, Rusiya hökuməti “oliqarx və hökumət elitalarının nəfinə fəaliyyət göstərir”.

ABŞ maliyyə nazirinin bəyanatında deyilir ki, “Rusiya olqarxlarının və elitasının korrupsiyalı sistemdən faydalanması” bundan sonra təsirsiz ötüşməyəcəkdir.

ABŞ-ın yeni sanksiyalar siyahısına daxil edilmiş Rusiya millət vəkili Konstantin Kosaçov bu tədbiri “əsassız və qeyri-dost hərəkət” adlandırıb.

ABŞ-ın Rusiya ilə bağlı son cəzalandırıcı sanksiyaları ümumilikdə 24 nəfəri və 14 vahidi hədəfləyir.

Sanksiyalar siyahısına daxil edilmiş biznesmenlərin arasında bir neçə il əvvəl Vladimir Putinin qızına evləndiyi xəbər verilən Kirill Şamalov da var.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Şamalovun sərvəti “bu izdivacın ardınca sıçrayışlı şəkildə artıb”.

Kreml Şamalovun Putinin kiçik qızına evli olduğu barədə xəbərləri nə təkzib, nə də təsdiq edib. Bu evliliyin hazırda davam edib-etməməsi də bilinmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG