Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:26

Navalny-ya yeni cinayət işi açdılar


Aleksei Navalny, rusiyalı müxalifətçi 24 iyul, 2019

Rusiyanın istintaq komitəsi müxalifətçi-Korrupsiyaya qarşı mübarizə fondunun rəhbəri Aleksei Navalny-ya qarşı cinayət işi açıb.

AzadlıqRadiosu Rusiya xidmətinin avqustun 3-də verdiyi məlumata görə, söhbət cinayət yolu ilə digər şəxslər tərəfindən əldə edilmiş pullarla maliyyə əməliyyatları həyata keçirməkdən gedir.

Fondun rəsmi saytında yerləşdirilən məlumata görə, cinayət işi Rusiya daxili işlər nazirliyinə daxil olan sənədlər əsasında açılıb. Həmin sənədlərə görə, Navalny-nın fondu milyard rubla yaxın vəsaiti leqallaşdırıbmış.

İstintaqın məlumatına görə,qeyri-hökumət təşkilatı “Korrupsiya ilə mübarizə fondu” ilə bağlılığı olan şəxslər, o cümlədən fondun əməkdaşları 2016-cı ildən 2018-ci ilədək 3-cü şəxslərdən böyük məbləğdə pullar qəbul ediblər.

Cinayət yolu ilə əldə edilmiş pulların yuyulması və ya leqallaşdırılması maaddəsi ilə 7 ilədək həbs cızası nəzərdə tutulur.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, polis bunadək Aleksei Navalny-nın, onun qərərgah rəsi Leonid Volkovun, fondun keçmiş direktoru Roman Rubanovun və fondun bir neçə əməkdaşının bank hesablarını yoxlayıbmış.

Leonid Volkov deyir ki, hüquq-mühavizə orqanları fonda ianə şəklində verilən maliyyə vəsaitlərini “pulyuma əməliyyatı” kimi qələmə vermək istəyir.

O bildirib ki, beləliklə hakimiyyət Navalny-nın regional qərərhaglanrının maliyyələşdirilməsini imkansız etmək estəyir.

Navalny bu günlərdə icazəsiz mitinqə çağırma ittihamı ilə 30 sutka həbsə məhkum edilib.

O, prezident Vladimir Putin başda olmaqla Kremlin ən sərt tənqidçisi hesab olunur.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG