Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Navalny onu həbsxanada zəhərlədiklərindən şübhələnir


Aleksei Navalny
Aleksei Navalny

Rusiya müxalifətinin lideri Aleksei Navalny iyulun 29-da deyib ki, ola bilsin, onu həbsxana kamerasında zəhərləyiblər.

İcazəsiz mitinqə çağırdığına görə ötən həftədən həbsxanada olan müxalifətçi iyulun 29-da verdiyi bəyanatla birlikdə xəstəxanada çəkilmiş fotosunu da yayıb. Fotoda onun sifətinin, xüsusilə də gözü ətrafındakı nahiyənin şişdiyi görünür.

Bundan əvvəl xəstəxanadan həbsxanaya qaytarılmış Navalny-nın səhhəti ilə bağlı şayiələr dolaşmaqda idi.

Xəstəxana rəsmiləri Navalny-nın allergiyası olduğunu bildirmişdilər.

Lakin müxalifətçinin vəkili Olga Mikhailova xəstəxananın qarşısında çıxış edərək bildirmişdi ki, Navalny-nın nə isə qeyri-müəyyən kimyəvi maddə ilə zəhərləndiyini düşünür.

O deyib ki, intensiv steroid müalicəsindən sonra Navalny-nın vəziyyəti yaxşılaşıb.

***

Anastasia Vasilyeva iyulun 29-da jurnalistlərə deyib ki, Navalny artıq xəstəxanadan buraxılıb və təcridxanaya qaytarılıb.

Siyasətçinin vəkili Olga Mikhailova da xəstəxananın qarşısında deyib ki, müştərisi naməlum kimyəvi maddədən zəhərlənib.

“Aleksei-nin durumu intensiv müalicədən sonra yaxşılaşıb”, – Vasilyeva deyib.

Olga Mikhailova
Olga Mikhailova

Navalny ətrafında spekulyasiya davam edir

Moskvadakı xəstəxananın terapiya şöbəsinin həkimi Eldar Kazakhmedov iyulun 29-da Interfax-a deyib ki, Navalny-yə “ümumi allergik reaksiya” diaqnozu qoyulub və “buna nəyin səbəb olduğunu söyləmək çətindir”.

Xəstəxananın adı çəkilməyən təmsilçiləri müxalifətçinin durumunun “kafi” olduğunu bildiriblər.

“Onun bədəninin temperaturu 36,6 dərəcədir”, – bir təmsilçi “Frans Pres” agentliyinə deyib.

Navalny-nin həkimi Anastasia Vasilyeva isə müxalifətçinin naməlum kimyəvi maddə ilə zəhərlənə biləcəyi sarıdan narahatlığını dilə gətirib.

Jurnalistlər Navalny-nin müalicə olunduğu xəstəxana qarşısında
Jurnalistlər Navalny-nin müalicə olunduğu xəstəxana qarşısında

Vasilyeva Facebook-da yazıb ki, hakimiyyət ona siyasətçini müayinə etməyə icazə verməyib. Həkim iyulun 29-da başqa bir postunda xəstəxana həkimlərini Navalny-nin xəstəlik səbəbini araşdırmamaqda suçlayıb.

“Onlar şiş və səpkinin səbəbini müəyyənlədirməməyə qərar veriblər”, – Vasilyeva yazıb.

***

Navalny xəstəxanaya yerləşdirilib

Rusiya müxalifətçisi Alexei Navalny həbsdə xəstəxanaya yerləşdirilib, həkimi onun “kimyəvi maddənin təsiri”ndən müalicə aldığını deyib. Polis həbsxana qarşısına yığışmış 20-dən artıq adamı dağıdıb, bir jurnalisti isə həbs edib.

Twitter-də yayılmış videodan iyulun 29-da xəstəxana qarşısına gedən polisin oraya yığışmış adamları saxladığı, təqib etdiyi görünür.

Dojd internet televiziyasının hadisə yerindəki əməkdaşı isə saxlanıb.

Alexei Navalny məhkəmədə
Alexei Navalny məhkəmədə

Həkim zəhərlənmə ehtimalını istisna edə “bilmir”

Navalny-nin həkimi Anastasiya Vasilyeva Facebook-da yazıb ki, o, Kremlin tənqidçisi olan siyasətçinin hakimiyyətin dediyi kimi, “kəskin allergik reaksiya”dan əziyyət çəkdiyinə inanmır.

O, kardioloq Yaroslav Ashikhmin ilə birlikdə iyulun 28-də Navalny ilə qapı arasından qısaca danışa bilib və o, siyasətçinin zəhərləndiyini istisna edə bilmədiyini söyləyib.

Navalny-nin sözçüsü Kira Yarmysh-in sözlərinə görə, o, xəstəxanaya “üzündə kəskin şiş və dərisində qırmızı səpkilərlə” çatdırılıb.

O, Navalny-nin daha öncə “heç vaxt allergik reaksiyadan əziyyət çəkmədiyini” vurğulayıb.

Moskvada etiraz yürüşü
Moskvada etiraz yürüşü

Siyasətçinin durumu barədə rəsmi informasiya verilməyib, Rusiyanın Daxili İşlər Nazirliyi Qərb agentliklərinin şərh üçün müraciətini cavablandırmayıb.

Navalny ötən həftə 30 günlüyə həbs olunub. O, iyulun 27-də Moskvada icazəsiz aksiyaya çağırmışdı. “Frans Pres” polisin həmin yürüşdə 1400-dən artıq adamı saxladığını xəbər verib.

Nümayiş Moskvanın seçki rəsmilərinin hərəkətlərini pisləmək üçün çağırılıb. Onlar sentyabrın 8-də 45 yerlik Moskva Dumasına seçkiyə müstəqil və müxalifət namizədlərini qeydiyyata almaqdan imtina edirlər.

Navalny-in köməkçisi Leonid Volkov iyulun 28-də tvitində yazıb ki, o, ötən ay Navalny-nin qaldığı kamerada cəza çəkərkən eyni duruma düşüb.

Volkov “konspirasiya” söhbətlərini rədd edib, təcridxanada gigiyenik standartları “ciddi yoxlamağa” çağırıb.

Navalny son illər dəfələrlə həs olunub, üst-üstə 200 gündən çox həbs cəzası çəkib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG