2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 23:06

Navalnı sərbəst buraxılıb

Müxalifət lideri Navalnını belə tutdular

No media source currently available

Müxalifət lideri Navalnını belə tutdular

Rusiyada müxalifət lideri Aleksey Navalnı sərbəst buraxılıb.

Polis onun barəsində iki protokol tərtib edib: "qanunsuz aksiyanın təşkili" və "polisə müqavimət"lə bağlı.

Bu barədə siyasətçinin özü Twitter səhifəsində yazıb:

"Yəqin yuxarıdan "komanda veriilib ki", andiçməyə qədər heç kimi həbs etməyin"

Onun məhkəməyə qədər azad edilməsinə qərar verilib.

Mayın 5-də Navalnının təşkilatçılığı ilə Rusiya boyu etiraz aksiyaları keçirilib.

Aksiyalar prezident Putinin avtoritar idarəçiliyinə qarşı yönəlib.

1000-dən çox insan saxlanıb.

Vladimir Putinin prezident kimi andiçmə mərasimi mayın 7-də keçiriləcək.

​
XS
SM
MD
LG