Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Navalny-a yenə 30 sutka verdilər


Alexei Navalny-Rusiyanın müxalifət lider20 iyul, 2019, Moskva
Alexei Navalny-Rusiyanın müxalifət lider20 iyul, 2019, Moskva

Rusiyada müxalifət lideri Aleksei Navalny-a yenə 30 sutka həbs cəzası kəsilib.

O, yenidən ictimai tədbirlərin təşkili ilə bağlı qaydaları pozmaqda, müstəqil namizədlərin Moskva şəhərDumasına seçkilərə buraxılması tələbi ilə iyulun 27-də razılaşdırılmamış aksiyaya çağırmaqda ittiham olunur.

AzadlıqRadiosu yazır ki, bundan əvvəl-iyulun 20-də eyni tələblə Moskvada keçirilən aksiyada 20 mindən çox adam iştirak etmişdi.

“Əgər “Vahid Rusiya” partiyasındakı fırıldaqçılar müstəqil namizədləri seçkiyə buraxmasalar və vətəndaşların fikrinə tüpürmək belə istəməsələr, onda meriyanın Tverskoy 13 ünvanında yerləşən ofisinə gələcəyik”,Navalny iyulun 20-də sosial mediyada yazıb.

Sosial şəbəkə istifadəçilərinin yazdıqlarına görə, “Komsomolskaya pravda” qəzeti Navalny-nın həbsi barədə məlumatı, onun barəsində həbs qərarı çıxarılmasından hələ 2 saat əvvəl yayıb.

İyulun 23-də Moskvada daha bir neçə müxalifətçinin həbs edildiyi bildirilir.

Polislər onları həbs etmək üçün sübh tezdən evlərinin qarşısında gözləyirmişlər.

Fəal Konstantin Kotova 10 sutka, Aleksandr Arçaqova 10 sutka, Navalnının qərərgahının koordinatoru Olqa Stepenovaya isə 8 sutka həbs cəzası kəsilib.

"Korrupsiya ilə mübarizə fondu" nun rəhbəri Aleksei Navalnı prezident Vladimir Putin başda olmaqla Kremlin ən sərt tənqidçisi hesab olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG