Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 23:51

Ukraynada SU-27 təyyarəsi qəzaya uğrayıb


Su-27 təyyarəsi.

Qəza oktyabrın 16-da Vinnitsk vilayətində keçirilən hərbi təlim zamanı baş verib.

Bu barədə Ukrayna hərbi-hava qüvvələrinin baş qərərgahı məlumat yayıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Pilotların taleyi barədə hələ ki, məlumat verilməyib.

Hazırda bu bölgədə Ukrayna və NATO qüvvələri birgə hərbi təlim keçirirlər.

“2018 Açıq səma” təlimlərində ABŞ və Böyük Britaniya da daxil olmaqla 9 NATO ölkəsindən hərbi təyyarələr, vertolyotlar və canlı qüvvələr iştirak edirlər.

Bu müstəqillik qazandıqdan sonra Ukraynada keçirilən ilk çoxmillətli hərbi təlimdir.

XS
SM
MD
LG