Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:54

NATO admiralı: ‘Alyans müdafiə və çəkindirməyə hazırdır’


ABŞ admiralı James Foggo
ABŞ admiralı James Foggo

NATO komandanlarından ABŞ admiralı James Foggo iyunun 11-də Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, alyansın bu ilin sonlarında Norveçdə keçiriləcək 40 minlik hərbi manevrləri Qərb müttəfiqlərinin özünümüdafiəyə hazır olduğunu bir daha nümayiş etdirəcək:

“Biz dava axtarmırıq, lakin müdafiə və çəkindirməyə hazırıq”.

Müşahidəçilər admiralın bu bəyanatının Moskvanı hədəflədiyini düşünürlər.

NATO-nun son illərdə ən böyük manevri hesab olunan Trident Juncture 18 oyunlarında alyansın 29 üzvü, habelə Finlandiya və İsveç iştirak edəcəklər.

Bu hərbi manevrlərdə NATO qüvvələri şərti olaraq “Norveçin suverenliyinin pozulmasına” reaksiya verəcək. Hərbi oyunlarda 70 hərbi gəmi və 130 döyüş təyyarəsi iştirak edəcək.

NATO Hərbi Komitəsində Norveçi təmsil edən vise-admiral Olsen deyib ki, “bu təlimlər böhran baş verdiyi halda bizim birgə qabiliyyətimizin gücləndirilməsinə xidmət edəcək”.

NATO bildirib ki, ATƏT-in Rusiya Federasiyası da daxil bütün üzv ölkələrinin bu təlimləri müşahidə etməsinə imkan yaradılacaq.

AzadlıqRadiosu yazır ki, Rusiya Trident Juncture 18 manevrlərinin keçirilməsi planı ilə bağlı narahatlıq ifadə etməyib.

Foggo deyib ki, Brüssel brifinqi NATO-nun şəffaflığa sadiq qaldığını nümayiş etdirib. O eyni zamanda Rusiyanı özünün Zapad manevrləri zamanı eyni şəffaflığı etdirməməsinə görə tənqid edib.

Admiral deyib: “Bəs başqa tərəfin - Moskvanın şəffaflığa münasibəti necədir? Zapad manvevrləri zamanı belə bir mətbuat konfransı keçirildimi və biz ruslar tərəfindən eyni açıqlığı gördükmü? 50 min əsgərin iştirak etdiyi qəfil təlimlər Qərbdə etimad yaradırmı? Bunun arxasındakı motiv nədir?”

Rusiyanın Belarusla birgə keçirdiyi Zapad 2017 təlimləri NATO-nun şərq üzvlərinin sərhədlərinin yaxınlığında yer alırdı və Moskvanın niyyətləri barədə narahatlıq yaratmışdı.

NATO Rusiya ilə praktik əməkdaşlığı Moskva Ukraynanın Krım yarımadasını işğalından sonra, 2014-ci ildə dayandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG