Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

NATO sammiti alyansa sədaqət bəyannaməsi ilə başa çatdı


NATO liderləri təşkilatın Londonda keçirilən yubiley sammitinin yekununda 29 üzvün hamılıqla müdafiəni nəzərdə tutan nizamnamə maddəsinə sadiqliyini ifadə edən bəyannamə imzalayıblar:

"Biz Avropa və Şimali Amerika arasında sarsılmaz bağları bir daha təsdiq edir və Vaşinqton Müqaviləsinin 5-ci maddəsində ehtiva edilən belə bir öhdəliyimizə müqəddəs sadiqliyimizi bildiririk ki, bir müttəfiqin üstünə hücum hamımızın üstünə hücum hesab ediləcəkdir”.

Bu sənəddə habelə “Çinin artmaqda olan nüfuzu və beynəlxalq siyasətlərindən” doğan “imkan və sınaqları” nəzərə almaq zərurətinin olduğu qeyd edilir.

Fransa prezidenti Emmanuel Macron-un ötən ay verdiyi bir müsahibədə NATO-nun “beyin ölümü” keçirdiyinə dair ziddiyyətli qeydlərinin ardınca, dekabrın 4-də NATO liderləri alyans daxilində “irəliyə doğru inkişafa yönəlik fikir mübadilələrinin” keçirilməsinin, NATO-nun, məsləhətləşmələr də daxil “siyasi aspektinin” gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Trump niyə inciyib?

ABŞ prezidenti Donald Trump sammitin ardınca planlaşdırılan mətbuat konfransını ləğv edib.

O son iki gündə çox sayda söhbətlərin olduğunu əsas gətirsə də, ABŞ liderinin incikliyi aşkar hiss olunurdu. O daha bir tvit yazmışdı:

"Bugünkü görüşlər başa çatandan sonra mən birbaş Vaşinqtona qayıdacağam. Biz NATO sammitinin bağlanışında mətbuat konfransı keçirməyəcəyik, çünki son iki gündə çox belə konfranslar keçirmişik. Hamıya uğurlu yol!”

Sammitin başa çatmasına az qalmış Trump Kanadanın baş naziri, “ikiüzlü” Justin Trudeau-nün əlindən hirsləndiyini dilə gətirmişdi.

Trudeau iddia edildiyinə görə Trump-ın mətbuat qarşısında uzun-uzadı görünməsini lağa qoyan qeydlər edərkən kameraya düşmüşdü.

İddia edilən zarafat anı
İddia edilən zarafat anı

Trudeau yekun mətbuat konfransında vəziyyəti bir qədər yumşaltmağa çalışıb və bildirib ki, o və ABŞ prezidenti “əla görüş” keçiriblər:

"Ötən gecə mən prezident Trump-la görüşümdən əvvəl planlaşdırılmamış mətbuat konfransı barədə müəyyən fikir söyləmişdim. Mən bundan çox məmnun idim, amma konfransın planlaşdırılmamış olması nəzərə çarpırdı”.

Sammitin ikinci və sonuncu günündə NATO liderləri London ətrafındakı dəbdəbəli oteldə üç saatlıq görüş keçiriblər.

Bu görüşün əvvəlində baş katib Jens Stoltenberg NATO-nun “tarixdə ən uğurlu hərbi ittifaq” olduğunu deyib və bildirib ki, “biz dəyişən dünyaya uyğun şəkildə dönə-dönə dəyişməyi bacarmışıq”.

O deyib: “NATO qıvraqdır, NATO fəaldır, NATO uyğunlaşandır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG