Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 06:31

Dövlətə xəyanətdə suçlananlar barədə hökm dəyişdirilmədi


Nardaran ağsaqqalı Natiq Kərimov həbs olundu
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Nardaran ağsaqqalı Natiq Kərimov həbs olundu

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun 7 il şərti, Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədovun isə 5 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

İyulun 25-də Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

N.Kərimov özü barədə hökmlə razılaşır. Amma İ.Əhədov hökmdən apellyasiya şikayəti verib. Onun vəkili Yalçın İmanov da apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil deyib ki, bir sıra məsələlər mütləq araşdırılmalıdır. Amma məhkəmə vəsatəti təmin etməyib.

İ.Əhədovun apellyasiya şikayəti də təmin olunmayıb. Hökm dəyişdirilməyib.

XATIRLATMA

Natiq Kərimovİnqilab Əhədov 2016-cı il yanvarın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Onlara qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. İttihama görə, adları çəkilən şəxslər xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, onların tapşırıqlarını yerinə yetiriblər.

Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. İ.Əhədov isə həbsdə qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İ.Əhədova isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG