Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:44

Natiq Əliyev vəfat edib


Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev vəfat edib.

APA-nın xəbərinə görə, İstanbulun «Florence Nightingale» klinikasında müalicə alan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.

İyunun 4-ü energetika nazir N.Əliyev ürəyində yaranan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

Verilən xəbərlərdə N.Əliyevin xəstəxanaya gətirilən zaman ürəyinin dayandığı, süni masajla yenidən həyata qaytarıldığı vurğulanırdı.

Həmin gün axşam isə o, Türkiyəyə aparılmışdı.

Natiq Əliyev 1947-ci il noyabrın 23-də doğulub.

1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri olub.

2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib.

2013-cü il oktyabrın 22-si energetika naziri təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG