Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:21

REAL: 'Natiq Cəfərlinin həbsi İlham Əliyevin göstərişi ilə olub'


Natiq Cəfərli polis maşınında aparılarkən- [video]
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Natiq Cəfərli polis maşınında aparılarkən- [video]

REAL Hərəkatının rəhbərliyi bu qurumun icra katibi Natiq Cəfərlinin həbs edilməsi ilə bağlı avqustun 13-də mətbuat konfransı keçirib.

Erkin Qədirli N.Cəfərlinin həbsini onlara təzyiq kimi dəyərləndirib. O, hərəkatın ölkədə dünyəvilik, respublikaçılıq, demokratik azadlıqlar uğrunda mübarizə apardığını bildirib. N.Cəfərlinin müdafiəsi ilə bağlı bütün hüquqi yollara baş vuracaqlarını qeyd edib.

Azər Qasımlı isə deyib ki, N.Cəfərlinin həbsinə görə bütün məsuliyyət dövlət başçısı İlham Əliyevin üzərinə düşdür: «Siyasi şəxsin həbsi gecəyarısı birinci şəxsin göstərişi olmadan baş verə bilməzdi. Geri çəkilmək, mübarizəni dayandırmaq niyyətimiz yoxdur. Biz bu yola İlqar Məmmədovun dediyi kimi, kəfənimizlə çıxmışıq. Biz bu yolu yarıda qoymağa görə başlamadıq», - deyə A.Qasımlı vurğulayıb.

Buna da bax - 'Prokurorluq Natiq Cəfərliyə akt vermişdi ki...'

Hərəkatın təmsilçilərindən Altay Göyüşov da deyib ki, bu həbs Qərb təşkilatları və ABŞ-dan ötrü imtahan olacaq. A.Göyüşovun fikrincə, onlar öz dəyərlərinə sadiq olduqlarını nümayiş etdirməlidirlər.

««Respublikaçı Alternativ» (REAL) təşkilatın icra katibi Natiq Cəfərlinin həbsini şiddətlə pisləyir və bu həbsin birbaşa İlham Əliyevin göstərişi ilə baş verdiyinə əmindir».

Bu fikir isə REAL-ın bəyanatından götürülüb.

Bəyanatda deyilir ki, bu addım REAL-ın kütləviləşməsi və partiyaya çevrilməsi planlarına qəsd cəhdidir.

«N.Cəfərliyə ittihamlar tamamilə əsassız və siyasi motivlidir. O, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır. N.Cəfərlinin həbsi REAL-ın sentyabrın 26-na təyin edilmiş referenduma çıxarılan dəyişikliklər və digər məsələlərlə bağlı siyasi fəaliyyətinin qarşısını ala bilməyəcək», -bəyanatda vurğulanır.

Buna da bax - Natiq Cəfərli həbs edildi- [videolar]

Avqustun 12-si gecə saatlarında Bakının Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs- qətimkan tədbiri seçib.

Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: «Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlar irəli sürülüb. 4 ay həbs qərarı ağır cinayətlə bağlı ittihamlardan xəbər verir», - vəkil qeyd edib.

Natiq Cəfərli həbs edildi- Vəkil danışır

Natiq Cəfərli həbs edildi- Vəkil danışır
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

VƏKİL NATİQ CƏFƏRLİ İLƏ GÖRÜŞÜB

«Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bunun altında hansı hərəkətlərin nəzərdə tutulduğu, hələlik, bizə məlum deyil».

Avqustun 12-də həbs edilən iqtisadçı, REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin vəkili Cavad Cavadov «Turan»ın müxbiri ilə söhbətində belə deyib.

Vəkil Nərimanov Rayon Polis İdarəsində hüquqlarını qoruduğu iqtisadçı ilə qısa müddətə olsa da görüşdüyünü, onun əhvalının yaxşı olduğunu söyləyib.

C.Cavadova görə, iqtisadçının həbsi əsassızdır.

«N.Cəfərli bundan öncə də «QHT işi» adlanan iş üzrə dəfələrlə istintaq orqanına çağırılıb və ifadə verib. Odur ki, onun həbsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Ona görə də Cəfərlinin həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Hətta ona elan edilən Cinayət Məcəlləsinin 192-ci maddəsi dekriminalizasiya olunub. Buna baxmayaraq, Cəfərliyə bu maddə ilə ittiham irəli sürülüb», - deyə vəkil qeyd edib
C.Cavadov məhkəmə qərarından gələn həftənin birinci günü apellyasiya şikayəti verəcəyini deyib.

Vəkilin bildirməsinə görə, N.Cəfərlinin mənzilində axtarış aparılması da məhkəmə qaydasında mübahisələndiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG