Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:43

Natiq Cəfərlinin işi nəzarətdən çıxarıldı


Natiq Cəfərli
Natiq Cəfərli

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ReAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli ilə bağlı qərarının icrasına nəzarətin qapadılmasına qərar verib.

Bu gün, sentyabrın 17-də Avropa Şurası Nazirlər Komitəsi "Məmmədli qrupu"na daxil olan işlərlə bağlı son toplantısının qərarını açıqlayıb. Həmin məsələ də bu qərarda yer alıb.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xald Ağalıyev məlumat verib. Onun sözlərinə görə, sənəddə məhkəmənin Komitəyə təqdim etdiyi qərarının nəzərə alındığı göstərilir. (N.Cəfərli cinayət törətməsinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıb və s.) Üstəlik, Azərbaycan dövlətinin AİHM-ın müəyyən etdiyi məbləği ödəməsi də vurğulanır.

N.Cəfərli 2016 il avqustun 12-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilirdi. Amma N.Cəfərli həmin il sentyabrın 9-da azadlığa buraxılıb. O, özünün günahsız olduğunu, siyasi fəallığına görə qanunsuz həbs edildiyini bildirmişdi.

Natiq Cəfərli barəsində 4 aylıq həbs qərarı verildi
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Digər işlər Nazirlər Komitəsinin nəzarətində qalır

X.Ağalıyevin deməsinə görə, amma şərti olaraq "Məmmədli" adlanan qrupda digər işlər Nazirlər Komitəsinin nəzarətində qalır.

Bu qrupda hüquqşünas İntiqam Əliyev, fəallar Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, seçkilərin monitorinqini aparan Anar Məmmədli, jurnalist Xədicə İsmayıl, gənc fəallar Qiyas İbrahimov, mərhum Bayram Məmmədov, iqtisadçı Natiq Cəfərli, hüquq müdafiəçiləri Leyla və Arif Yunusovlar yer alıb.

Hökumət Tural Abbaslıya təzminat ödəyəcək

AİHM dünən, sentyabrın 16-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərar elan edib. Söhbət Ağ Partiyasının sədri Tural Abbaslının işindən gedir. Bu işi üzrə ərizə baxılacaq şikayətlərin siyahısından çıxarılıb.

"Məhkəmə tərəflər dostca anlaşdıqlarına görə belə qərardad qəbul edib. Hökumət 3 ay içində Tural Abbaslıya 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə 500 avro ödəməlidir", - X.Ağalıyev qərarı şərh edib.

Onun deməsinə görə, T.Abbaslı Azərbaycana qarşı işi ərizəçinin 2012-ci ildə inzibati qaydada cəzalandırılması ilə bağlı olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG