Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Lirənin ucuzlaşmasının Azərbaycana mümkün təsirləri...


Natiq Cəfərli , İqtisadçı
Natiq Cəfərli , İqtisadçı

“Türkiyənin milli valyutası- lirənin ucuzlaşması ilk dəfə deyil baş verir. 2018-ci ilin avqust- sentybar aylarında da bunun şahidi olduq və əgər bu proses qalıcı olsa Azərbaycana təsir göstərəcək”.

Bunu son günlər lirənin ucuzlaşması və bunun Azərbaycana mümkün təsirlərini şərh edərkən iqtisadçı Natiq Cəfərli bildirib.

N.Cəfərli lirənin ucuzlşamasna sbəb kimi Türkiyə Mərkəzi Bankının açıqlamalarını, ölkənin iqtisadi siyasətini gösrərib. O, əlavə edib ki, martın 31-də bu ölkədə gözlənilən bələdiyyə seçkilərinin də bu məsələyə təsiri var.

Lirənin ucuzlaşmasının Azərbaycana mümkün təsirlərinə gəldikdə iqtisadçı vurğulayıb ki, Türkiyədən ixrac artacaq. Nəticədə Azərbaycan bazarına daha çox Türkiyə məhusllarının daxil olacağı gözlənir: “Lirə ucuzlaşdığı üçün Türkiyədən mal və məhsul gətirmək daha cəlb edici görünür. Odur ki, lirənin ucuzlaşması qalıcı xarakterli olsa bunun şahidi olacağıq”.

İqtisadçı daha sonra da deyib: “ Lirə ucuzlşadığı üçün bu ölkədən idxal maraqlı görünür. Bu usə Azərbaycandan kənara daha çox valyutanın çıxacağı anlamına gəlir. Daha bir cəhət isə odur ki, idxal artdıqca, bu istehsalın azalmasına səbəb ola bilər”.

Son günlər yenidən Türkiyədə milli valyuta ucuzlaşmaqdadır. Bir dollar bu ölkədə bir neçə gün ərzində 5.40-dan 5.76 lirəyə yüksəlib.

Buna da bax:Trump və Erdoğan arasında telefon söhbəti olub

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG