Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 09:15

100 yaşlı kişi nasist dövrü cinayətlərinə görə mühakimə olunacaq


Həbs düşərgəsində sovet hərbi əsirləri
Həbs düşərgəsində sovet hərbi əsirləri

Yaşına baxmayaraq, avqustda Cozef S.-in məhkəməyə çıxarılacaq durumda olduğu müəyyən edilib

100 yaşlı keçmiş konsentrasiya düşərgəsi nəzarətçisi oktyabrın 7-də Almaniyada məhkəmə qarşısına çıxarılacaq. O, nasist dövrü cinayətlərinə görə mühakimə olunacaq.

Cozef S. adlı şübhəli 1942-1945-ci illərdə Berlindən şimalda yerləşən Saşsenhausen konsentrasiya düşərgəsində 3518 məhbusun qətlinə “bilərək və həvəslə” yardımda suçlanır.

Yaşına baxmayaraq, avqustda Cozef S.-in məhkəməyə çıxarılacaq durumda olduğu müəyyən edilib. Ancaq dinləmələr gündə 2 saatdan çox keçirilməyəcək.

“Simvolik” hökmlər

Keçmiş nəzarətçi 1942-ci ildə sovet hərbi əsirlərinin edamında, məhbusların zəhərli qazla boğulmasına yardımda suçlanır.

“O, heç kəsi birbaşa güllələməkdə ittiham edilmir, ancaq nəzarətçi kimi bu hərəkətlərə töhfə verməkdə, düşərgədə belə qətllərin baş verməsi haqda məlumatlı olmaqda suçlanır”, – məhkəmənin sözçüsü vurğulayıb.

Təqsirləndirilənin vəkili Stefan Vaterkamp müvəkkilinin indiyədək ittihamlarla bağlı “susduğunu” bildirib.

Cozef S. təqsirli bilinərsə, üç il həbsə məhkum edilə bilər. Ancaq Vaterkamp deyib ki, bu hallarda hökmlər “əsasən simvolikdir”, çünki təqsirləndirilənlər həyatlarının sonuna çatıblar.

Aşağı rütbəli əməkdaşlar

Almaniya hüquq sisteminə görə, konsentrasiya düşərgəsinin işinə kömək etmiş istənilən şəxs orada törədilən qətllərə vasitə olduğuna görə mühakimə edilə bilər, hətta spesifik cinayətdə iştirakına dəlil olmasa belə.

Son illər almaniyalı təhqiqatçılar aşağı rütbəli nasist əməkdaşlarına ittihamlar irəli sürüblər.

Ötən həftə 96 yaşlı qadının həmin dövr cinayətləri ilə əlaqədar mühakimə olunacağı açıqlanıb. Almaniya mediasının İrmqard Furçner adlandırdığı qadın Stuthof düşərgəsində SS komandirinin katibəsi işləyibmiş.

Şübhəli düşərgədə 10 mindən çox insanın qətlində əli olmaqda suçlanır.

O, məhkəmə günü qaçmağa cəhd etməsilə diqqət çəkdi, ancaq bir neçə saat içində saxlandı. Məhkəmənin oktyabrın 19-da başlanacağı bildirilir.

XS
SM
MD
LG