Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:37

Merkel: Adamın adı Klaus və ya Erika olmasa da alman ola bilər


Almaniya kansleri Angela Merkel 2015-ci ildə Berlində qaçqınlarla selfi çəkdirərkən
Almaniya kansleri Angela Merkel 2015-ci ildə Berlində qaçqınlarla selfi çəkdirərkən

Almaniya kansleri Angela Merkel avqustun 31-də deyib ki, Almaniyada məskunlaşmış miqrantların adları əcnəbi dildə olsa da alman sayılırlar

Almaniya kansleri Angela Merkel avqustun 31-də deyib ki, Almaniyada məskunlaşmış miqrantların adları əcnəbi dildə olsa da alman sayılırlar.

Reuters agentliyi yazır ki, kansler bu sözləri ilə almanlar arasında Almaniyada doğulmuş türklərdən haralı olduqlarını soruşmaq kimi geniş yayılmış şakərə eyham vurub.

Merkel Almaniyanın Türkiyə ilə imzaladığı müqavilənin 60-cı ildönümünə həsr edilmiş tədbirdə çıxış edirdi. Bu müqavilə 1960-cı illərdə yüz minlərlə türkün Almaniyaya gəlməsi ilə buradakı kəskin işçi qüvvəsi çatışmazlığını aradan qaldırmışdı.

Kansler üzündə kinayəli bir təbəssümlə deyib:

"Kiminsə adı Klaus və ya Erika deyil deyə inteqrasiya yeddi nəsil ərzində heç vaxt bitməyən məşəqqətə çevrilməməlidir. Söhbət alman adı olmayan şəxsin inteqrasiya olunmamışdan əvvəl özünü inteqrasiya etməsi üçün nə qədər vaxt lazım gəlməsindən gedir. Mən düşünürəm ki, Almaniya pasportu almış hər bir insanın bu torpağın bir parçası sayılmaq şansı olmalıdır və ad burada heç bir rol oynamamalıdır”.

Almaniyaya 16 ildir ki, başçılıq edən xanım Merkel bu il sentyabnrn 26-da keçiriləcək seçkidən sonra vəzifəsini tərk etməyi planlaşdırır.

Onun partiyası bu seçkidə hakimiyyəti itirə bilər, beləki son rəy sorğuları mərkəz sol təmayüllü Sosial Demokrat Partiyasının (SPD) daha populyar olduğunu göstərir.

Ölkənin nəhəng miqrant axınına ehtiyacı olsa da…

Əslində Merkelin Xristian Demokrat İttifaqı (CDU) və onun koalisiya müttəfiqi Bavariya Xristian Sosial İttifaqı (CSU) populyarlığını 2015-ci ildə ölkəyə əsasən də Suriya və İraqdan gələn milyonlarla qaçqının axınından sonra itirməyə başlayıb.

Merkelin ölkə qapılarını qaçqınlara açması ona beynəlxalq səhnədə alqış qazandırsa da, ölkə daxilində bu siyasət kəskin tənqid olunub. Əslində elə bu tənqidlərin yaratdığı ab-havaya görə 1933-1945-ci illər nasist erasından bəri ilk dəfə millətçilər parlamentə seçilə biliblər.

Üstəlik ABŞ və müttəfiq qüvvələrin təcili və xaotik şəkildə Əfqanıstandan çıxarılması Almaniyada seçki kampaniyasının davam etdiyi bir vaxtda miqrant məsələsini təkrar gündəliyə gətirib.

Bütün bunlarla yanaşı bir sıra Avropa ölkələrində olduğu kimi Almaniyada da yüz minlərlə miqranta ehtiyac var.

Almaniya Federal Əmək Agentliyinin təxminlərinə görə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya, əhalinin qocalması səbəbilə işçi qüvvəsi çatışmazlığının olmaması üçün ölkəyə ildə 400 minədək miqrant gətirməlidir.

Almaniya qaçqın və miqrantları əmək bazarına daxil etmək məqsədilə alman dili kurslarına və inteqrasiya təlimlərinə milyardlarla avro xərcləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG