Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:46

NASA koronavirusa görə Aya uçuşa hazırlıqları dayandırıb


"Artemida" proqramı üçün yeni skafandrın (sol) təqdimatı, 15 oktyabr 2019


Amerika Birləşmiş Ştatları "Milli Aeronavtika və Kosmos İdarəsi" (NASA), aya idarə olunan missiya üçün bir raket və kapsulun inşasını və sınağını dayandırdı. Bu barədə Amerikanın Səsi məlumat yayıb.

Koronavirusun yayılması ilə əlaqədar olaraq, NASA raketin qurulduğu Yeni Orleandakı bir quraşdırma zavodunu və yaxınlıqdakı Stennis Kosmik Mərkəzini bağlayır. Bunu cümə axşamı NASA direktoru Jim Brydenstein bəyan edib.

"Bu Stennis Kosmik Mərkəzindəki dəyişikliklər, mərkəzin yaxınlığında COVID-19 yoluxma hallarının sayının artması və özünü təcrid edən işçilərin sayının artması ilə əlaqədardır. Komanda da təsdiqlənmiş bir yoluxma hadisəsi də var" deyə o bildirib.

Pnevmoniya xəstəliyi törədən bu virus ötən ilin dekabrında Vuhan şəhərində peyda olub.

Yoluxma hallarının əksəriyyəti Vuhanda, bir neçəsi isə Pekin, Şanxay və Quandun əyalətində qeydı alınıb.

Virus Çindən kənara da çıxıb və hazırda dünyanın əksər ölkələrinə yayılıb.

XS
SM
MD
LG