ABŞ kosmik agentliyi NASA, Roskosmosun rəhbəri Dimitri Roqozin-in fevral ayına planlaşdırılmış rəsmi səfərini təxirə salıb. NASA yeni tarixin hələ ki, razılaşdırılmadığını bəyan edib.
Roqozin 2018-ci ilin payızında NASA-nın rəhbəri Cim Bridenstin (Jim Bridenstine) tərəfindən Rays universitetində çıxış etmək üçün dəvət edilmişdi. Lakin onun adı digər Rusiya rəsmiləri kimi Rusiyanın Krımı anneksiyasından sonra ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısına salınıb.
Demokrat, senator Cin Şahiin (Jeanne Shaheen) Konqressin məsələyə müdaxiləsi başlamadan öncə bu dəvətin rədd edilməsini tələb edir:
“Roqozin, öz milliyyətçi, homofob və anti-amerikan fikirləri ilə tanınır. Onun ABŞ-a səfəri bizim qurduğumuz xarici siyasətin fundamental dəyərlərinin pozulması deməkdir”.
Şahiinlə həmfikir olan senat kəşfiyyat komitəsinin sədr müavini demokrat Mark Uorner (Mark Warner) və kosmos üzrə altkomitənin sədr müavini Ted Kruz (Ted Cruz) dəfələrlə kosmos sahəsində NASA-nın Rusiyadan asılı olduğuna görə, Putinin bu məsələdə Rusiya ilə ABŞ arasındakı qarşıdurmada hər zaman üstünlük götürdüyünü bildirirlər.
Roqozin İlk dəfə 2014-cü ildə Ukraynanın Krım yarımadasının qeyri-qanuni anneksiyası zamanı rəsmi Moskvanı ictimai şəkildə dəstəklədiyinə görə, ABŞ tərəfindən qoyulan sanksiyalara məruz qalıb. Bu sanksiyalara görə, onun, həmçinin Avropa Birliyi ölkələrinə də girişi yasaqlanıb.