Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:47

Narkotikin təsiri altında avtobus sürən: 'Xəstəyəm...'


Avtobus

Metronun «Neftçilər» stansiyasından Pirşağı qəsəbəsi istiqamətindən və əksinə hərəkət edən 185 saylı marşrut avtobusunun sürücüsü Pərviz Quliyevə 6 il 6 ay həbs cəzası kəsildi. O, narkotik maddənin təsiri altında Bakıxanov qəsəbəsində avtobusla yolu keçən Miqdət Kuxmazovu vurub öldürməkdə təqsirli bilinib. İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində P.Quliyevə hökm oxunub.

Hökmdən öncə P.Quliyev məhkəmədə son sözünü deyib. Bildirib ki, əməlindən çox peşmandır. Hakimlərdən də xahiş edib ki, onun ağır xəstə olmasını, himayəsində azyaşlı uşaqlarını nəzərə alıb, yüngül cəza versinlər.

Hadisədən sonra ekspertiza keçiriləndə məlum olub ki, P.Quliyev qəzadan əvvəl narkotik maddə olan heroin qəbul edib. Sürücü özü də bunu təsdiqləyib. Məhkəmədə deyib ki, qaraciyər serozundan əziyyət çəkir, ağrıları olur. Ağrılarına görə narkotik maddədən istifadə edir: «Xəstəyəm...».

Qəzada dünyasını dəyişmiş M.Kuxmazovun oğlu bu işdə zərərçəkmişin hüquqi varisi qismində tanınıb. O, məhkəmənin əvvəlində 25 min manatlıq mülki iddia qaldırmışdı. İddiasında yazırdı ki, atasının xəstəxana, dəfn xərclərinə, yas mərasiminin yola verilməsinə 25 min manat pulu çıxıb. Həmin pulu təqsirləndirilən şəxsdən tələb edir.

Hakimlər məhkəmənin hökmünü elan edərkən bildiriblər ki, mülki iddia təmin olunmur. Zərərçəkmiş istəsə, mülki qaydada ayrıca iddia qaldıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG