Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 17:47

Bir ildə 275 milyon nəfər narkotik çəkib


Arxiv fotosu
Arxiv fotosu

Dünyada 11 milyondan çox insanın iynə vurdurduğu, onların yarısının Hepatit C ilə yaşadığı bildirilir

Ötən il 275 milyonadək insan narkotik maddələrdən istifadə edib, 36 milyondan çox insan isə narkotiklərlə əlaqədar pozuntulardan əziyyət çəkib. İyunun 24-də BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) 2021-ci il Dünya Narkotik Hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, son 24 ildə dünyanın bəzi yerlərində həşişin gücü dörd dəfəyədək artıb. Bu maddənin ziyanlı olduğunu anlayan gənclərin sayı isə 40 faizədək azalıb. Baxmayaraq ki, həşişin özəlliklə uzunmüddətli istifadəçilərin səhhətində fəsadlar törətməsinə dəlil var.

UNODC-nin icraçı direktoru Qada Veyli deyib ki, narkotikdən istifadə risklərinin zəif anlaşılması ondan istifadəni artırır və bu hesabatın məqsədi də gəncləri maarifləndirməkdir.

Həşişin gücü artır

Hesabata görə, həşişin tərkibindəki əsas maddə olan Δ9-THC-nin faizi 2002-2019-cu illərdə altı faizdən 11 faizədək artıb. 1995-2019-cu illərdə Birləşmiş Ştatlarda bu maddənin faizi isə dörd faizdən 16 faizə yüksəlib.

Həşişin ziyanını anlayan gənclərin sayı Birləşmiş Ştatlarda 40, Avropada 25 faizədək azalıb.

Pandemiya dövründə bir çox ölkələrdə həşişdən istifadədə artım olduğu bildirilir. 77 ölkədə tibb peşəkarlarının arasında aparılan sorğuda onların 42 faizi bu maddədən istifadənin yüksəldiyini deyib. Həmin dövrdə farmaseptik narkotiklərdən qeyri-tibb məqsədilə istifadədə də artım müşahidə olunub.

2010-2019-cu illərdə narkotiklərdən istifadə edənlərin sayı 22 faiz yüksəlib. Bunun bir səbəbi qlobal əhali artımıyla bağlıdır. Yalnız demoqrafik dəyişikliklərə əsaslanan proqnozlara görə, 2030-cu ilədək dünyada narkotiklərdən istifadə edənlərin sayında 11 faiz artım gözlənir. Afrikada sürətli artım və gənc əhali isə 40 faizlik artım deməkdir.

11 milyondan çox insan iynə vurdurur

Son hesablamalara görə, ötən il yaşı 15-64 arası əhalinin 5.5 faizə yaxını azı bir dəfə narkotikdən istifadə edib. 36.3 milyon nəfər, yaxud narkotiklərdən istifadə edənlərin 13 faizi isə narkotiklərlə bağlı pozuntulardan əziyyət çəkib.

Dünyada 11 milyondan çox insanın iynə vurdurduğu, onların yarısının Hepatit C ilə yaşadığı bildirilir.

Hesabatda narkotiklərin qara bazarından da söz açılır. On il öncə peyda olmalarına baxmayaraq indi böyük bazarların illik satışı azı 315 milyon dollardır. Bu, narkotik satışının kiçicik bir hissəsidir və yüksələn xətt üzrə gedir.

Təhlillər göstərir ki, COVID-19 pandemiyasının yaratdığı iqtisadi çətinliklər qanunsuz narkotik hazırlanmasını kövrək kənd icmaları üçün cəlbedici edir. Bərabərsizliyi, yoxsulluğu, zehni sağlamlığı pisləşdirən pandemiya isə daha çox insanı narkotikdən istifadəyə sürükləyə bilər, hesabatda vurğulanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG