Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:39

Həşiş ilk dəfə harda çəkilib


Britaniyada həşişdən dərman kimi istifadə tərəfdarı
Britaniyada həşişdən dərman kimi istifadə tərəfdarı

Həşişdən insanın istifadəsinə dair ən qədim dəlil tapılıb. “Science Advances” dərgisində dərc olunmuş məqalədə Orta Asiyada 2500 illik məzarlıqda belə bir dəlil aşkarlandığı bildirilir.

Pamir yaylasındakı Jirzankal məzarlığından 10 taxta buxurdan tapılıb. Onların içindəki xırda daşlar yüksək hərarətdə yandırılıblar. Arxeoloqlar ehtimal edirlər ki, bu daşlardan buxurdanın qızdırılması üçün istifadə olunub, onda hansısa bitki yandırılıb.

Araşdırmanın müəlliflərindən olan Robert Spengler-in deməsinə görə, Orta Asiya və Çini cənub-qərbi Asiya ilə birləşdirən Pamir yaylasından daimi insan axını yerli həşiş növlərinin digər ərazilərdə olanlarla çarpazlaşdırılması ilə sonuclana bilərdi.

Həşiş ixrac edən ölkələr
Həşiş ixrac edən ölkələr

Həşişin tüstüsündən istifadəyə ilk dəlil

Alimlər inanırlar ki, daşlar alovda qızdırılıb, sonra taxta buxurdana qoyularaq üstü həşişlə örtülüb, o da tüstülənib. Musiqi və tüstünün yaratdığı ortamda adamlar təbiət, ruhlar, yaxud ölülərlə ünsiyyətə cəhd ediblər.

Tədqiqatçılar bundan öncə də Orta Asiyada qədim məkanlarda həşiş qalıqları aşkarlayıblar. Ancaq son kəşf bitkinin tərkibindəki THC komponentinin yüksək səviyyədə məqsədli istifadəsini, həşişin udulmadığını, tüstüsüylə ilə nəfəs alındığını göstərib.

Spengler deyir ki, həşişdən narkotik maddə kimi istifadəylə bağlı çoxdan müzakirə gedirdi və müxtəlif spekulyativ iddialar vardı. “Bu araşdırma bitkinin kimyəvi istehsalına, həm də narkotik maddə kimi yandırılmasına ən qədim dəlildir”, – o vurğulayıb.

Bu arada çinli arxeoloqlar Jirzankal məzarlığından çıxarılmış 10 taxta buxurdanla bağlı sınaqlar aparırdılar. Onlar bu buxurdanlardan ərazidə ritual mərasimlərdə istifadə olunduğunu düşünürdülər.

Arxeoloqlar taxta buxurdanlar və qaralmış daşlardan savayı ərazidən taxta boşqablar və kasalar, şüşə muncuqlar, ipək parçaları, Çin arfası da çıxarıblar. Ərazidən çıxarılmış adam skeletləri hələ detallı araşdırılmayıb. Ancaq bəzilərinin kəlləsində deşiklər, sümüklərində kəsiklər, sınıqlar var. Bu da ölənlərin bəzilərinin qurban verildiklərini düşünməyə əsas verir.

“The Guardian” qəzeti yazır ki, dağlıq Pamir regionu vaxtilə məşğul ticarət marşrutu ola bilərdi. Yəni, əgər həşiş ilk dəfə orada, yaxud yaxınlıqda çəkilibsə, onda dünyaya Orta Asiyadan yayıla bilərdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG