Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Atası Nardaran məhbusunun taleyindən narahatdır


Xalid Rzayev
Xalid Rzayev

Nardaran məhbusu Sahil Rzalının atası onun taleyinden narahatdır. Atasının deməsinə görə, oğlunun saxlandığı 15 Saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd etməsi ilə bağlı məlumat alıb. Xalid Rzayev AzadlıqRadiosuna bildirib ki, bu haqda onlara martın 29-da məlumat verilib. O, eşitdiklərini dəqiqləşdirmək üçün oğlunun saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, Penitensiar Xidmətə müraciət etsə də, heç bir qanedici cavab ala bilmədiyini deyir.

«Cəzaçəkmə müəssisəsinin rəisi dedi ki, oğlun məqalə yazdığına görə 15 günlük «kars»a salınıb. Nə qədər görmək istəsəm də, imkan vermədilər. Penitensiar Xidmətdən isə bildirdilər ki, sabah Mirsaleh müəllim (Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov) saat 10-da qəbul edəcək. Oğlumdan heç bir xəbər ala bilmirəm», - X.Rzayev bildirib.

Atanın sözlərinə görə, ona Sahilin işgəncələrə məruz qalması və bu üzdən özünə qəsd etdiyi deyilib. X.Rzayev oğlunun durumu haqda bilgi almaq üçün martın 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ombudsman Aparatına da müraciət edəcək.

S.Rzalının vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin intihar cəhdi haqda onda heç bir məlumat olmadığını bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə xəbəri təkzib ediblər. Bildirilib ki, intihar cəhdi haqda deyilənlər həqiqətəuyğun deyil.

«Müsəlman Birliyi» Hərəkatının üzvü olan S.Rzalı 5 noyabr 2015-ci ildə təşkilatın sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasında iştiraka görə həbs olunub. O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə 6 il 5 ay azadlıqdan məhrum edilib. S.Rzalı məhkəmədə bildirmişdi ki, ilahiyyatçı Taleh Bağırovun əleyhinə ifadə almaq üçün ona ağır işgəncələr verilib, dırnaqları çıxarılıb.

Məhkəmə zamani ifadə verən hüquq- mühafizə əməkdaşları işgəncə ilə bağlı deyilənləri təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG