Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 20:14

Nardaran məhbusu Abbas Hüseynov cərimə kamerasına salınıb


Nardaran məhbusları

“Müsəlman Birliyi” Hərəkatının hazırda həbsdə olan sədr müavini Abbas Hüseynov cərimə kamerasına salınıb.

Bu barədə vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, Abbas Hüseynovu saxlanıldığı Bakı İstintaq Təcridxanasında 5 gün müddətinə cərimə kamerasina saliblar:

“Hansı səbəbə görə, kameraya salınması barədə məlumat yoxdur. Təcridxana rəhbərliyi hər dəfə olduğu kimi yenə də qanunsuz olaraq təqsirləndirilən şəxslərə ora salınmasının səbəbini izah etmir və inzibati tənbeh barədə qərarın surətini vermir”.

Buna da bax: 'Normal ölkədə bu gənclər heykəl yazsaydı...'

Abbas Hüseynovun cərimə kamerasına salınmasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin (hüquq müdafiəçilərinin siyahısında 87 göstərilir) həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Onlardan bəzilərinə 1 il 6 aydan, 6 il 6 ayadək həbs cəzası kəsilib.

Buna da bxx: Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar

Taleh Bağırov, Abbas Abbasov və daha 16 nəfərin məhkəməsi ayrıca aparılır. O və onunla saxlananlar qətldə, daha bir çox başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilənlər bu ittihamları rədd edərək, onlardan işgəncə altında ifadə alındığını bildirirlər.

Ancaq məhkəmədə hüquq mühafizə orqanların əməkdaşları işgəncə şikayətlərini qəbul etməyiblər.

Buna da bax: Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]

Son məhkəmə prosesində gərginlik yaşandığından hakim təqsirləndirilən şəxsləri zaldan çıxarıb. Buna təqsirləndirilən şəxslərin vəkillərinin verdiyi vəsatətlərin qəbul edilməməsi və onların hakimin ittiham tərəfinin maraqlarını müdafiə etməsi ilə bağlı fikirlər səsləndirməsi səbəb olub. Hakim prosesin təqsirləndirilən şəxslər olmadan keçirilməsinə çalısa da, onlar vəkillərindən də imtina etdiyindən bu baş tutmayıb.

Multimedia

XS
SM
MD
LG