Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:03

Nardaranlı fəaldan xəbər yoxdur


"Nardaran case" in front of the court, Baku, Azerbaijan. 9jan2017

Nardaran işi üzrə məhkəmə proseslərinin fəal iştirakçılarından biri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun tərəfdarlarından olan Əhsən Nuruzadənin sentyabrın 19-da günorta saatlarında saxlandığı bildirilir. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

"Evdən idman formasında, həyətdə geyindiyi ayaqqabıda çıxdı ki, yaxınlıqdakı mağazadan siqaret alsın. Az sonra xəbər gəldi ki, Əhsəni evin yaxınlığında üç-dörd nəfər mülki geyimli şəxs maşına mindirib aparıb", – yaxınları bildirib.

Hadisədən bir neçə saat keçsə də, Əhsən Nuruzadənin yeri haqda hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

Əhsən Nuruzadə 2017-ci il yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılmışdı. Yalnız yanvarın 30-da onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli oldu. O vaxta qədər isə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubova, müxtəlif polis idarələrinə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsələr də, yerini öyrənə bilmirdilər.

Yanvarın 30-da vəkilə Əhsən Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilib ki, o, polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası alıb. Qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb. Məhkəmə qərarına görə, həbs müddəti yanvarın 24-dən hesablanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG