Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:30

Nardaran əməliyyatında iflic olan Əbülfəz Bünyadov məhkəmə zalında həbs edildi


Ə.Bünyadov
Ə.Bünyadov

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini tam itirmiş Əbülfəz Bünyadov məhkəmə zalında həbs olundu. İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 15 il həbs cəzası kəsib.

«Müsəlman Birliyi» Hərəkatı İdarə Heyətinin üzvü Ə.Bünyadovla birlikdə təşkilatın daha bir üzvü Elxan İsgəndərov da mühakimə olunurdu. Ona isə 14 il cəza verilib.

Aylardır məhkəməyə xərəkdə gətirilən, hakim qarşısına da bu vəziyyətdə çıxarılan Ə.Bünyadov ona verilən cəzanın ilk üç ilini Qobustandakı həbsxanada çəkməlidir. Hökmdə belə yazılıb.

Hökm elan olunmamışdan öncə E.İsgəndərov məhkəmədə son sözünü deyib. O, «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına görə 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etirazlarda iştiraka görə həbs olunub.

***Buna da bax-Əbülfəz Bünyadov: 'Öldürmək istəyirlərsə, birdəfəlik eləsinlər, canım qurtarsın...'

E.İsgəndərov son sözündə təqsirsiz olduğunu bildirib. Deyib ki, ittihamda yazılanların hamısı yalandır: «Hörmətli məhkəmə, siz də, prokuror da, hamı bilir ki, burada yazılanların mənə aidiyyəti yoxdur. Mən dörd il SOCAR-da yanğınsöndürən işləmişəm, işimə görə mənə fəxri fərman veriblər. Məşqçi işləmişəm, xarici yarışlarda iştirak eləmişəm, bayrağımızı qaldırmışam. Mən polislərə əl qaldırmamışam. Onlar da bizim qardaşlarımızdır. Mən həbsdə olanda kameramıza Bakı Şəhər Baş Polis İdarəsinin şöbə müdirinin oğlunu gətirdilər. Onu başqa kameralarda yola vermirdilər. Gətirdilər, tapşırdılar ki, o gənci yola verək. Sonra atası ona qarşı davranışa görə mənə təşəkkür etdi».

E.İsgəndərov sonda prokurora və hakimlərə müraciət edərək deyib: «Sizə haqqımı halal edirəm. Bilirəm ki, sizlik bir şey yoxdur...».

***Buna da bax-Əbülfəz Bünyadov: 'Bədənim üfunət iyi verir, yanıma həkim də buraxmırlar'

Bir neçə dəqiqəlik müşavirədən sonra hökm elan olunub və Ə.Bünyadovu Penitensiar Xidmətin əməkdaşları xərəklə məhkəmə zalından aparıb.

Təqsirləndirilən şəxslərdən E.İsgəndərovun vəkili Fariz Namazlı AzadlıqRadiosuna hökmün əsassız və qanunsuz olduğunu bildirib. Müdafiəçi hökmdən apellyasiya şikayəti verəcək.

Xatırlatma

Ə.Bünyadov «Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvüdür.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG