Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 16:15

Qarabağa başı qarışan Ermənistan 'Nairit'i itirdi


"Nairit" zavodunun fəhlələri yürüş edir. 10 Noy. 2016

Ötən həftə Ermənistanda dövlətə məxsus "Nairit" sintetik rezin zavodu məhkəmədə müflis elan edilib. Bu zavodun Milli Elektrik Şəbəkələri enerji təchizatı müəssisəsinə 1,24 milyard dram (təxminən 2,6 milyon dollar) ödənilməmiş borcu var.

Bir çoxları vaxtilə qabaqcıl müəssisə kimi ad çıxarmış “Nairit” haqqında məhkəmə qərarını onun gəlirini artırmağa və iş yerlərinin bərpasına fürsət sayırlar.

Buna da bax:​ Qarabağla bağlı Hamburq görüşü baş tutmaya bilər

“Heç həqiqətəuyğun deyil”

İlyarım öncə o zamankı energetika naziri Yervand Zakharian Ermənistan parlamentində bildirmişdi ki, Dünya Bankının apardığı audit zavodun dirçəldilməsinin iqtisadi baxımdan səmərəli olmadığını göstərsə də, iflasın özünün tələb etdiyii maliyyə xərcləri daha çox olacaq. O, hökumətin "şirkəti ləğv edəcəyi" barədə deyilənləri "heç həqiqətəuyğun deyil" sözləriylə rədd etmişdi.

Cəmi bir neçə ay öncə "Nairit"in rəhbərliyi təxminən 250 işçi ilə əmək müqaviləsini yeniləyib. Ermənistan hökuməti isə istehsalı dirçəltməklə bağlı potensial investorlardan təklif almaq üçün tender elan edib. Tenderin müddəti 2017-ci ilin yanvarında başa çatacaq. Bu ilin oktyabrında Ermənistanda doğulmuş slovakiyalı işadamı Ashot Grigorian slovakiyalı başqa biznesmenlərlə birgə zavodun ayağa qaldırılmasına 100 milyon dollar sərmayə qoymağa hazır olduğunu bildirib. Ancaq o, zavodun onun adına keçirilməsini və buna görə ödəniş istənməməsini Ermənistan hökumətinə şərt qoyub.

Buna da bax: Ermənistan-İran sərhəddində azad ticarət zonası yaradılır

Yeni baş nazir razı olmadı

Di gəl, Ermənistanın yeni baş naziri Karen Karapetian potensial investorların layihəsinin uzunmüddətli perspektivdə etibarlı olmasına şübhə etdiyini bildirib və deyib ki, investorlar enerji qiymətlərinin ciddi şəkildə arta biləcəyini nəzərə almayıblar.

"Nairit"in iflası ölkədəki ümumi iqtisadi durğunluğun və qaranlıq biznes sövdələşmələrinin təzahürlərindən biridir.

Hələ Mikhail Gorbachev-un "aşkarlıq və yenidənqurma" dövründə - əvvəllər müzakirəsi mümkün olmayan mövzulardan danışmağa icazə veriləndə erməni ziyalıları zavodun bağlanmasına çağırırdılar. Onlar bu çağırışlarını müəssisənin havaya insan sağlamlığına ziyanlı qazlar buraxması ilə əsaslandırırdılar.

Buna da bax:​ Ermənistan hökuməti banan monopoliyasına müharibə elan edib

Qarabağ olayları “Nairit”i unutdurmuşdu

Ancaq tezliklə bu tələb Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tabeliyindən Ermənistana verilməsi ilə bağlı tələblərin kölgəsində qaldı. 1990-cı illərin əvvəllərində iqtisadi çöküş "Nairit"in müvəqqəti bağlanmasına yol açdı. Ardınca zavodun rəhbərliyi bir neçə dəfə dəyişdi. 2006-cı ildə "Rhinoville Property Ltd." Britaniya şirkəti "Nairit"in səhmlərinin 90 faizini 40 milyon dollara satın aldı. Bu zaman şirkət MDB-nin dövlətlərarası bankının verdiyi 70 milyon dollarlıq kreditdən yararlandı. Sonra "Rhinoville" uğursuzluğa düçar oldu. Ümumdünya maliyyə böhranı zamanı tələbat azaldı və zavod 2008-ci ilin dekabrından 2009-cu ilin aprelinədək istehsalı azaltdı, 2010-cu ildə isə işini tam dayandırdı.

2014-cü ilin yanvarında Moskva Arbitraj Məhkəməsi "Rhinoville"ə məxsus səhmləri ondan alaraq MDB Dövlətlərarası Bankına verdi. O da öz növbəsində həmin səhmləri Ermənistan hökumətinə ötürdü.

Buna da bax: Ermənistanla Rusiyanı birləşdirən yol bağlanıb

Ötən ilin əvvəlində Ermənistan hökumətinin xahişi ilə Dünya Bankı "Nairit"də audit həyata keçirərək bildirdi ki, zavodun yenidən işə salınmasına 250 milyon dollar tələb olunur. Dünya Bankı yekun məhsulun dəyərinin dünya bazarında rəqabətədavamlı olmağa imkan verməyəcəyini də açıqladı.

Neçə ilin maaşını ala biliblər

"Nairit"in həmkarlar ittifaqının rəhbəri Hrach Tatevosian "Qafqaz qovşağı"na bildirib ki, zavodun mütəxəssisləri istehsalatın bərpasının üç fərqli proqramını hazırlayıblar. Onun sözlərinə görə, bu planların ən bahalısı 97 milyon dollar yeni investisiya tələb edir.

Buna da bax:​ Ermənistan Avropada ən çox silahlanmış ölkədir

"Nairit"in keçmiş direktoru Karen Israelian-sa daha aşağı rəqəm göstərib. O bildirib ki, ildə 10 min tondan 12 min tonadək rezin buraxmağa 10-15 milyon dollar yetərlidir. Keçmiş direktor Yaponiyanın istehsal etdiyi rezinin çox keyfiyyətli olduğunu da etiraf etsə də, deyib ki, "Nairit" öz məhsulları Rusiyada rahatlıqla satıla bilər.

"Nairit"in qalan işçiləri, illərdir, hələ 2010-ci ildən bəri verilməyən maaşlarını tələb edirlər. Onlar hökumət və prezident administrasiyası binalarının qarşısında piket və nümayişlər keçiriblər. Nəhayət, ötən ilin avqustunda 10 milyon dollara çatan bu məbləğin tam ödənməsinə nail olublar. Ancaq keçmiş işçilər sakitləşməyərək, nümayişləri yenə bərpa ediblər. Onlar "Nairit"də istehsalatın bərpa olunmasını tələb ediblər.

Keçmiş işçilərin fikrincə, hökumət nədənsə "Nairit"i xilas etmək istəmir.

XS
SM
MD
LG