Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Hüquq müdafiəçisi Azərbaycana buraxılmadığını deyir


Nağı Mahmudi
Nağı Mahmudi

Almaniyada yaşayan, əslən İrandan olan hüquq müdafiəçisi Nağı Mahmudi Azərbaycana gələrkən problemlə üzləşdiyini bildirilir. O, AzadlıqRadiosuna deyib ki, bu il martın 25-də axşam saatlarında Almaniyadan "Asan Viza" ilə Bakı hava limanına çatıb. N.Mahmudinin vurğulamasına görə, pasport nəzarəti məntəqəsində ona bildirilib ki, Azərbaycana daxil ola bilməz, onun pasportu ilə pandemiya dönəmində viza "Asan Viza" vasitəsilə yox, səfirlikdən alınmalıdır: "Mən isə bildirdim ki, əksinə, koronavirus pandemiyası dönəmində hamı evdən işləyirdi".

"Ac-susuz 7 saata yaxın…"

N.Mahmudinin sözlərinə görə, onu hava limanında ac-susuz 7 saata yaxın saxlayıblar: "Sonra isə məni gəldiyim təyyarə ilə birbaşa Almaniyaya qaytardılar və hətta bir sənəd də vermədilər. Mən Almaniya polisindən bir deportasiya sənədini almışam. Çox təəccübləndiricidir ki, orda viza olmadığını yazıblar".

O qeyd edib ki, hətta vizanın olmaması deportasiya üçün səbəb ola bilməz: "Əcnəbi şəxsin getdiyi ölkədə hər hansı xətası və ya cinayəti olarsa, o, deportasiya oluna bilər. Mən isə neytral zonada idim və ölkəyə daxil olmamışam ki, oradan da deportasiya olam".

"Dözdüm ki, bəlkə, məsələni həll edərlər"

Bu hadisədən keçən bu müddət ərzində Azərbaycan tərəfindən heç bir ağlabatan cavab almadığını deyən N.Mahmudi hesab edir ki, onun deportasiya məsələsi qeyri-qanunidir: "Dözdüm ki, bəlkə, məsələni həll edərlər. Amma nə yazıq ki, məsuliyyətdən yayınmaq, xətalarını ört-basdır etmək və məni günahkar qələmə vermək üçün bugünədək üç cürə nağıl deyiblər: "viza yoxdur", "vizanı "Asan Viza"dan yox, səfirlikdən almalı idin", "pasportda yazılanlar formada yazılandan fərqli olub". Bu, qeyri-qanunidir. Mənə maddi və maddidən də artıq mənəvi ziyan dəyib".

Bu deyilənlərə, hələlik, Azərbaycanın Sərhəd Xidməti və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG