Keçid linkləri

Təcili xəbərlər
2019, 22 May, çərşənbə, Bakı vaxtı 21:23

Növbədənkənar prezident seçkisindən bir il keçir


İ.Əliyev səs verir. 11 aprel 2018

Bu gün, aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinin 1 ili tamam olur.

2018-ci ildə Azərbaycanda prezident seçkisi təqribən 6 ay önə çəkildi. Hakimiyyət bunu həmin il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə və başqa əhəmiyyətli tədbirlərin keçiriləcəyi ilə izah etdi. Müxalifət isə belə izahı bəhanə saymışdı. Onların fikrincə, dövlət başçısı İlham Əliyev seçkini tez-tələsik keçirib, hakimiyyətini uzatmaq istəyirdi.

Seçki elə 2003-cü ildən ölkəyə rəhbərlik edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin böyük üstünlüyü ilə də başa çatdı. Qalan 7 namizədin çox kiçik səs qazandığı açıqlandı.

Apparent Vote Fraud In Azerbaijan's Presidential Vote
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Milli Şura və Müsavat Partiyası ölkədə azad və ədalətli seçkilərdən ötrü şəraitin olmadığını bildirərək, onda iştirakdan imtina etmişdi.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisinin nəticəsini tanımadıqlarını açıqladılar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) isə seçkilərin azad və ədalətli keçirildiyini bildirdi. Üstəlik, qalan namizədlər də nəticələri qəbul etdiklərini bildirdilər.

ATƏT-in seçkini müşahidə missiyası isə bildirmişdi ki, Azərbaycandakı seçkilər hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib.

«Azərbaycanda prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə keçirilib. Plüralizm olmadığı şəraitdə həqiqi rəqabət də olmayıb. Digər namizədlər prezidentləri tənqid etməkdən çəkiniblər», - deyə missiyanın rəhbərliyi seçkidən bir gün sonra, aprelin 12-də Bakıda keçirdiyi mətbuat konfransında vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG