Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:41

Avropa deputatları İlham Əliyevə məktub yazıblar


Avropa Parlamentinin binası
Avropa Parlamentinin binası

Avropa Paralemtinin bir qrup deputatı jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

AzadlıqRadiosunun əldə etdiyi məktubda deputatlar Avropa Parlamentinin 15 iyun 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq Muxtarlının həbsini pisləyir və onun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirlər.

Onlar habelə xaricdə yaşayan və işləyən azərbaycanlı jurnalsitlərinin təqibini və hədəflənməsini dayandırmağa çağırırlar.

Məktubda deyilir ki, onları xüsusilə də Muxtarlının vəkilləri Nemət Kərimi və Elçin Sadıqovun məhbusla görüşdən sonra verdikləri məlumat narahat edib.

Vəkillər oktyabrın 17-si və 20-də Muxtarlıya baş çəkərkən onunla pis rəfrat edildiyi və səhhətinin pisləşdiyi barədə məlumat alıblar.

Jurnalist Əfqan Muxtarlı
Jurnalist Əfqan Muxtarlı

Məktubda deyilir ki, Avropa millət vəkilləri habelə Muxtarlıya yaxınları ilə görüş verilməməsinə etiraz edirlər.

Bu da qeyd olunur ki, məhbus edildiyi birinci ayda ona ailəsinə bircə dəfə də zəng etmək icazəsi verilməyib.

Ona yalnız məhbusluğunun üçüncü ayında qardaşı ilə görüşmək imkanı yaradılıb.

Məktubda bu da bildirilir ki, diabet və ürək ağrılarından əzab çəkən Muxtarlıya təcili tibbi yardımın göstərilməsi zəruridir.

Avropa deputatları məktubun sonunda bildirirlər ki, hökumət və müxalifət arasında mehriban münasibətlər, habelə insan haqlarının müdafiəsi Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün son dərəcə zəruridir.

Məktubda deyilir: “Buna görə də Əfqan Muxtarlının və bütün siyasi məhbusların azad edilməsi Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığa və partnyorluğa həqiqi sadiqliyini nümayiş etdirərdi”.

Məktub Avropa parlamentinin 44 deputatı tərəfindən imzalanıb.

XATIRLATMA

Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, həmçinin, sərhədə cibinə 10 min avro da qoyulub. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Daha sonra onun həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG