Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Müxalifətçilər ayrıseçkilikdən şikayətlənir


Lənkəran-"Şəhidlər xiyabanı"
Lənkəran-"Şəhidlər xiyabanı"

Müxalifət partiyalarının təmsilçiləri ayrıseçkilikdən şikayətlənirlər.

Onlar deyirlər ki,20 Yanvar faciəsində həlak olanların anım mərasimində də ögey münasibətlə üzləşiblər.

20 yanvar faciəsində həlak olanlar tək Bakıda yox, ölkənin bütün əyalətlərində anılıb. Ancaq bəzi bölgələrdə mərasimlər narazılıqsız keçməyib.
Lənkəran şəhər sakini İltifat Rəhimzadənin deməsinə görə, onların mərasiminə polsin müdaxiləsi olub:

“Rayonun mərkəzində Şəhidlər Xiyabanı var.Orada 1990-ci il yanvar ayında həlak olan 5 Lənkəran sakinidəfn edilib. Onlar 1990-cı il yanvarın 26-da SSRİ Silahlı Qüvvələrinin Lənkərana müdaxiləsində həlak olublar. Orada Qarabağda həlak olanların da məzarları var. Polislər adamların abidənin önündə dayanmalarına mane olurdular. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərini şəkil çəkməyə qoymayıblar”

Ancaq bu deyilənlərə Lənkəran rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.

Lənkəran-"Şəhidlər xiyabanı"
Lənkəran-"Şəhidlər xiyabanı"

Buna da bax: "Müxalifət təmsilçilərinin ziyarət mərasimində narazılıq"

Müsavatçıların saxlanıb, buraxıldığı deyilir.

Cəlilabad rayonunda isə mərasimdə iştirak edən Müsavat Partiyasının yerli təşkilatının 3 fəalının saxlandığı bildirilir.
Müsavat Partiyasının Cəlilabad rayon təşkilatının sədr müavini Əlipənah Rzalı deyir ki, sonra problemlər həll olunub:

“Adətən partiya üzvləri qərargahda toplaşırlar.Ordan piyada Şəhidlər Xiyabanına gedirik. Qərargahla Şəhidlər Xiyabanı arasında 250-300 metr məsafə var. Bu yol İcra hakimiyyəti binasının və polis şöbəsinin qarşısından keçir.Bu da onların xoşuna gəlmir.Deyirlər maşınla gedin.Biz piyada getdik.Polis əkilili əlimizdən aldı, 3 nəfəri də saxladılar.Sonra əklili qaytardılar. Biz Şəhidlər Xiyabanından qayıdanda gördük ki, 3 nəfəri də azad edilbər.Belə vəziyyətlə qarşlaşdıq.Təəssüf edirk...”

Bu deyilənlərə də Cəlilabad rayon Polis Şöbəsindən münasibət almaq cəhdləri nəticə verməyib.

Ancaq rayon İcra Hakimiyyətlərində müxalifət partiyalarına ayrıseçkilik bəslənməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Buna da bax: Rafiq Səməndər: 'Dubinyak dedi ki, ölən Sovet əsgərləri haqda da yazım...

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 130-dan çox şəxshəlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın insan həbs edilib.

Bunun ardınca Neftçala və Lənkəran rayonuna SSRİ Silahlı Qüvvələrinin müdaxiləsi olub. Neftçalada 2, Lənkəranda isə 5 nəfər həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG