Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Mustafa Hacıbəyliyə cinayət işi açılıb


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Müsavat Partiyasının məlumatına görə, Mustafa Hacıbəyli noyabrın 30-da Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayevin çağırışı ilə həmin qurumda olub.

Cinayət işi barəsində jurnalistə orda məlumat verilib.

Mustafa Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq həmçinin Mustafa Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Müsavat: “Bu hakimiyyətin partiyaya basqısıdır”

Müsavat Partiyasının başqanı Arif Hacılı Mustafa Hacıbəyliyə cinayət işi açılmasını hakimiyyətin partiyaya qarşı basqısı kimi dəyərləndirib. O, jurnalistin başqa KİV-lərdə yayılmış məlumatları təkrar yaymasına görə, ittiham edildiyini vurğulayıb:

“Ölkədə baş verən, hər kəsə bəlli olan hadisə, həbs edilən müxalifətçilər barədə məlumat vermək cinayət hesab olunub. İlkin mənbə və müəlif hüququna malik qurumdan, hətta izahat alınmadığı halda, bu yazıları istinad edərək dərc edən saytın baş redaktorunun ağır çinayətdə ittiham olunması Azərbaycan mühakimə sistemi üçün də əndazəni aşan davranışdır”.

Bu gün, noyabrın 30-da daha bir jurnalistə, criminal.az saytının baş redaktoru Anar Məmmədova da ittiham elan edilib, barəsində polis nəzarətinə verilmə tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamların ağırlaşdırıldığı bildirilib.

Anar Məmmədov barəsində də Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib.

Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb.

Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq dindirilib.

Ekspertlər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG