Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:33

Musiqi işə kömək edir. Baxır hansı işə…


The Telegraph qəzeti yazır ki, bəzi adamlar sakitlikdə, bir başqaları isə sevdikləri musiqinin sədaları altında işləməyə öyrəncəlidirlər.

Hərənin öz vərdişi var, amma qəzetin yazdığına görə elm ikincilərin düzgün yolda olduqlarını deyir.

Burası da var ki, görülən işin mahiyyəti nəzərə alınmalıdır.

Hollandiyadakı Radbud Universitetindən Simone Ritter və Sidneydəki Texnologiya Universitetindən Sam Ferguson sakitliklə müqayisədə hansı musiqi növünün görülən işə necə təsir etdiyini araşdırblar.

Onlar aşkar ediblər ki, şən musiqi təcrübədə iştirak edənlərin yaradıcı “fikir müxtəlifliyinə” kömək edib. Lakin eyni araşdırma göstərib ki, eyni musiqi “dəqiq düşünmə” tələb edən işlərdə elə də müsbət rol oynamayıb.

Bu təcrübə zamanı Ritter və Ferguson 155 könüllünü 5 qrupa bölmüşdülər. Sonradan bu qruplara tapşırıq verilmişdi.Qruplardan dördü Holst-un Mars və Vivaldinin “Bahar” kimi klassik əsərlərini dinləyərək iş görməli idilər. 5-ci qrup tam sakitlikdə işləməli idi.

Alimlər bu nəticəyə gəliblər ki, musiqi dinləyən qruplarda adamlar daha çox orjinal ideya ortaya çıxarıblar.

Ritter və Ferguson deyiblər ki, onlar musiqinin “düşüncə müxtəlifliyi” və “diqqətli düşünmə” tələb edən işlərə təsirini öyrəniblər.

Alimlər müəyyən ediblər ki, şən klassik musiqi “fikir çeşidliyi” tələb edən iş prosesinə müsbət təsir göstərir.

Elmi yox, sadə dillə bu o deməkdir ki, işiniz təzə ideyalar və müxtəlif variantlar tələb edən yaradıcı işdirsə, onu musiqi sədaları altında icra edin.

Lakin əgər hər hansı dəqiqlik tələb edən məsələnin həlli ilə məşğulsunuzsa, ən yaxşı mühit tam sakitlikdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG