Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:47

'Əliyevin əhvalı bayram əhvalı deyildi' (VİDEO)


İqtisadçılar İlham Əliyevin çıxışında ziddiyyət tapıblar
Gözlə

No media source currently available

0:00 0:14:19 0:00

İqtisadçılar İlham Əliyevin yeni il çıxışında ziddiyyət tapıblar

Gerçəklik bu dəfə prezidentin çıxışında daha yaxşı əks olundu. Hər il iqtisadi uğurlardan danışan dövlət başçısı bu dəfə uğur hekayətlərini Lələtəpə yüksəkliyinin alınması, idmandakı qələbələr üstündə qurdu.

İlham Əliyevin etirafı

“2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür”

Əliyev ölkə iqtisadiyyatının ağır durumda olduğunu etiraf edir. Amma deyir ki, səbəb dünyada iqtisadi böhrandır.

"Prezidentin fikirlərində ziddiyyət var"

Buna da bax: İlham Əliyev - Manat haqda əvvəl və indi​

Müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli isə deyir ki, dünya isə halından şikayətçi deyil. Onun sözlərinə görə, Dünya Bankının ötən iyunda açıqladığı rəqəmlər indi dünyada iqtisadi böhran olmadığını göstərir. Əksinə, 2,4 faiz artım proqnozlaşdırılır. Proqnozun necə icra olunması isə bu ay elan olunacaq.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, pisləşən Rusiya, Venesuela, Azərbaycan kimi neftdən asılı ölkələrin iqtisadiyyatıdır.

O xatırladır ki, sonuncu iqtisadi böhran- yəni, dünya üzrə ümumi daxili məhsulun azalması 2008-2009-cu illərdə olub və son yeddi ildir ki, dünyanın əsasən qarnı toxdur.

İlham Əliyev etiraf edir ki, 2016-cı il, ölkə üçün iqtisadi baxımdan ağır olub, amma əlavə edir ki,

“Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır”.

Natiq Cəfərli isə hesab edir ki, prezidentin fikirlərində ziddiyyət var. O əvvəlcə iqtisadiyyat üçün ağır olduğunu deyir, sonra sabitlikdən danışır. Natiq Cəfərli deyir ki, Azərbaycanda iqtisadi sabitlik yoxdur.

Buna da bax: İlham Əliyev oğlunu prezident edir? - [Kanala abunə olun]

“İqtisadi sabitliyə nail olunması tezisi rəsmi rəqəmlərlə özünü doğrultmur. Çünki ÜDM dörd faiz azalıbsa, inflyasiya ikirəqəmlidirsə, dollar ekvivalentində ÜDM-də ciddi azalmalar varsa, bu, iqtisadi sabitlik deyil. Tənəzzülü sabitlik kimi təqdim etmək doğru deyil”.

Bəs Bakıda prezidentin Yeni il çıxışı ilə bağlı nə düşünürlər. İlham Əliyevin dediyi ilə razıdırlarmı?

Pənah Hüseynov: "Əgər prezident də 2017-ci il üçün vəd vermirsə​..."

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyir ki, Əliyevin əhvalı bayram əhvalı deyildi, həmişə vədlər verən prezident bu dəfə bunu etmədi, yeni konsepsiyalardan danışmadı:

Pənah Hüseyn, 22 fevral 2011
Pənah Hüseyn, 22 fevral 2011

“Mənə elə gəlir ki, bu çıxış prezidentin səs tellərindəki problemlə yadda qaldı. Bu, yeni il zarafatı idi. Ciddi danışsaq, ruh yüksəkliyi və bayram əhvalı həmin çıxışda da hiss olunmadı. Belə görünür ki, Azərbaycanın həm sıravi vətəndaşları, həm iqtisadi, həm maliyyə sahəsində, idarəçilik sahəsində olan şəxslər hamısı dövlətə, hökumətə və onun başçısına yox, özlərinə güvənməli olacaqlar”.

Buna da bax: "İlham Əliyev yalan danışır" - Müxalifətdən cavab​

Pənah Hüseyn deyir ki, əgər prezident də 2017-ci il üçün vəd vermirsə, vətəndaşlar gərək bu il ölkəni gözləyən iqtisadi çətinliklərə hazır olsunlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG