Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 11:01

Universitetlər müsəlmanların adətinə qadağa qoymayacaq


Alman prezidenti hicablı tələbəyə əl vermək istəyir.

Avstraliyanın, azı, üç aparıcı universiteti öz kampuslarında tələbələrə müsəlmanlara sayğı göstərməyə, onların əks cinsdən olan insanlarla əl verib görüşə bilmədiklərini anlamağa çağırıb.

"Müsəlman kimliyini" daha yaxşı anlamağa yönəlmiş bu bilgi tələbələrin tanış ola bilməsindən ötrü Adelaidadakı Flinders Universiteti, Pertdəki Curtin Universiteti və Qərbi Avstraliya Universitetinin saytlarında yerləşdirilib.

Buna da bax:​ Müsəlman qızlar da üzgüçülük dərslərinə qatılmalıdır

ƏL SIXMAMAĞA İCAZƏ VERİLİR

"The Australian" qəzeti bu həftə aşkarlayıb ki, Sidneyin qərbindəki Corc River Kollecinin Hörtsvil oğlan məktəbi, əyalətin təhsil departamentinin təsdiqlədiyi xüsusi protokol qəbul edib. Protokol müsəlman tələbələrin dini baxışlarına görə, qadınların əlini sıxmamasına icazə verir. Bu davranış bir çox nüfuzlu müsəlman din xadimi tərəfindən pislənib.

Avstraliyada universitetlər öz tələbələrini başqa mədəniyyətlər barədə bilgiləndirir. Müsəlmanların ailə üzvü olmayan, əks cinsə mənsub insanların əlini sıxa, onlara toxuna bilməməsi barədə məlumat da bu qəbildəndir. Həmçinin tələbələrə izah olunub ki, müsəlmanları "Milad bayramın mübarək", yaxud "Pasxa bayramın mübarək" kimi sözlərlə təbrik etmək uyğun davranış deyil.

Buna da bax: Müsəlman qız: Mən Milad şənliklərini sevirəm, məhdudlaşdırmayın!

Milli Tələbələr Birliyinin etno-mədəni məsələlər üzrə işçisi ­ Lorena White deyir ki, ali məktəblər qadınların əlini sıxa bilməyən müsəlman tələbələri nəzərə almalıdır. O əlavə edib ki, hər hansı tələbəni onun dini inancına uyğun olmayan hərəkətə sövq etmək "ayrıseçkilikdir və qəbuledilməzdir":

“Əl sıxmağa məcbur edilmiş oğlan tələbənin məninə, kimliyinə xətər dəyə bilər. Bu, onu assimilyasiya ilə izolyasiya arasında seçim etməyə məcbur edə bilər. Halbuki, əlinizin geri qaytarılması yetərincə əhəmiyyətsizdir. Bu gün qadınların üzləşdiyi çətinliklər və ayrıseçkiliklə müqayisədə bu, özəlliklə əhəmiyyətsizdir”.

Buna da bax: Dini bayramlar: Kimə olar, kimə yox?

“HƏR HANSI PROTOKOL YOXDUR”

Qərbi Sidney Universitetinin sözçüsü deyib ki, universitetin əllə salamlaşmağa dair hər hansı rəsmi prosesi, yaxud protokolu yoxdur. “Universitetin buraxılış mərasimləri zamanı mükafatı alan zaman əl sıxıb-sıxmamaq fərdin öz seçiminə bağlıdır", – o deyib.

“Qərbi Sidney Universiteti müxtəlifliyə sadiqdir və inklüzivlik mədəniyyətini təbliğ edir. Bu səbəbdən də o, bəzi tələbələrin əl sıxmamağı seçməsinin səbəblərinə sayğıyla yanaşır", – deyə universitetin sözçüsü bildirib.

Flinders Universitetinin və Qərbi Avstraliya Universitetinin sözçüləri də bu universitetlərdə xüsusi rəsmi əlsıxma protokolunun olmadığını deyiblər.

Buna da bax:​ Müsəlman olmağa görə 'üçqat cəza'

MƏNFİ YANAŞANLAR DA VAR

Amma Avstraliya Mühafizəkarlarının lideri Cory Bernardi-nin fikrincə, əlsıxmanın yasaqlanması "şəriətin sürünərək bizim institutlarımıza, o cümlədən elm sahəsinə, universitetlərə və hətta məktəblərə daxil olması yolunda uzun yürüşünün" davamıdır. O, şəriətin Avstraliya məktəblərinə daxil olaraq "uşaqlarımızın düşüncələrini pozmasına, onların qadınlara Qaranlıq Əsrlərdə mövcud olmuş yanaşmanı qəbul etməsinə" yol açacağını söyləyib.

“Özünə qadın hüquqları müdafiəçisi deyənlər belə bir misoginiya (qadınlara antipatiya) halını görə-görə sakit durublar. Çünki söhbət onların üstünlük verdikləri dini hədəflərdən yox, islamdan gedir", – o deyib.

Buna da bax:​ Hicablı tələbə prezidenti necə pərt etdi...

Kuinslend Koalisiyasından parlament üzvü ­George Christensen bunu "qeyri-avstraliyalı" və seksist davranış adlandırıb. "One Nation" blokundan millət vəkili Malcolm Roberts isə yeni qaydanın "qadınlara qarşı çox alçaldıcı" olduğunu düşünür.

Federal Təhsil naziri Simon Birmingham isə bildirib: “Universitetlər avtonom təsisatlar olsa da, biz onların öz icmaları, tələbələri və onları maliyyələşdirən vergi ödəyiciləri qarşısında hesabatlı olmasını, icmanın gözləntilərini və standartlarını doğrultmasını istəyirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG