Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:15

Müsəlman qız: Mən Milad şənliklərini sevirəm, məhdudlaşdırmayın!


Pakistanın İslamabad şəhərində gənc müsəlman qız Milad yolkası qarşısında şəkil çəkdirir. Fotoqraf: Zohra Bensemra/Reuters
Pakistanın İslamabad şəhərində gənc müsəlman qız Milad yolkası qarşısında şəkil çəkdirir. Fotoqraf: Zohra Bensemra/Reuters

Remona Aly Britaniyanın "Guardian" qəzetində yazır ki, heç kim siyasi korrektlik xatirinə, müsəlmanlar inciməsin deyə Milad şənliklərinə məhdudiyyət qoymamalıdır.

Çünki məsələn, Milad şənlikləri şəxsən onun dini hisslərinə toxunmur.

"Mən Milad şənliklərini sevirəm" - yazır müsəlman qız. ​

Milad bayramında dini həssaslıq məsələlərinə görə bayramı keçirərkən ifrata varmamaq, "sağlam məntiqlə" davranmaq gərəkir. Bayram mövsümü ərəfəsində Britaniyanın Bərabər imkanlar və İnsan hüquqları komissiyasının sədri David Isaac öz işçilərinə belə deyib.

Buna da bax:​ Xristianlar İsa Məsihin mövludunu - Milad bayramını qeyd edir

Komissiya sədrinin bu tövsiyəsindən öncə bəzi şirkət sahiblərinin Milad açıqcaları paylamağa qorxması xəbərlər yayılıb. Yayılmış başqa bir xəbərə görə, bəzi kinoteatrlar qeyri-xristian əhalinin hisslərinə toxunmamaqdan ötrü "Atamız" duasının (xristianlıqda ən çox yayılmış duadır - tərc.) səsləndiyi reklamları yasaqlayıblar. Bir çox iş yerlərində işçilərə tapşırılıb ki, "Milad yolkası" ifadəsini işlətməsinlər. Jurnalist Remona Aly "The Guardian"a yazır ki, bütün bunlar qış şənliklərindən öncə "siyasi korrekt kabusu" xatırladır.

Müəllif vurğulayır ki, bu, ən azı 1647-ci ildə puritanların Milad bayramını tamamilə yasaqlamasından yaxşıdır.

Buna da bax: Dini bayramlar: Kimə olar, kimə yox?

HALAL HİND TOYUĞU QONAQLIQLARI

Bu yaxınlarda sosial şəbəkələrdə guya İsveçdə ictimai yerlərdə Milad işıqlarının quraşdırılmasının yasaqlanması barədə saxta xəbər yayılmışdı. Xəbərdə bu addımın guya "müsəlman mühacirlərin hisslərinə toxunmamaqdan ötrü" atıldığı iddia olunurdu. Sosial şəbəkələrdə xəbərə 43 mindən çox reaksiya verildi. Bu xəbər İnternetdə müsəlmanların iddia olunan dözümsüzlüyünə qarşı daha çox qəzəb oyatdı. Real xəbərsə beləydi ki, bu il İsveçdə təhlükəsizlik məqsədilə Milad işıqlarını hündür dirəklərə yerləşdirmək qadağan edilir.

Məqalədə qeyd edilir ki, bu saxta xəbər yaşadığımız çətin dövr haqda çox şey deyir. "Yuxarıda sözügedən komissiyanın işçilərinin niyyəti nə qədər yaxşı olsa da, onların kompüterdən qaynaqlanan narahatlığı "xətirlərinə dəymək istəmədikləri" azlıqlara ziyan vura bilər. Bizə "Müsəlmanlar mənim ev siçanımı yedilər" tipli daha bir xəbər başlığı lazım deyil. Həqiqi sözümdür, "Milad yolkası" ifadəsini eşitmək mənim inancıma xələl gətirmir. "Atamız" duasını eşidəndə də məni soyuq tər basmır. Özü də, mən bu duanı uşaqlıqdan əzbər bilirəm. Sizə balaca bir sirr açım: qeyri-xristianların arasında da Milad bayramını sevən xeyli adam var", – müəllif yazır.

Buna da bax:​ Dünyanın müxtəlif ölkələrində Milad görüntüləri

"Artıq “WhatsApp”da müsəlman ailələrindən halal hindtoyuğu qonaqlıqlarına dəvətlər gəlməyə başlayıb. İlk Milad açıqcasını mənə ciddi ateist olan dostum vermişdi. Sikh (sih??) dostum isə mənə "Rogue One: A Star Wars Story" filminə bilet hədiyyə edib. Bir sikh bir müsəlmana Milad bayramında bundan yaxşı nə hədiyyə edə bilər ki? Amazonun son reklamı bunun yanında nədir ki?" – müəllif Remona Aly davam edir.

MULTİKULTURAL BAYRAM

Əslində, bu gün bildiyimiz Milad bayramının multikultural tarixi var. Hind toyuğunun özü Britaniyaya yerli Amerika tayfalarından gəlib. Milad yolkasını bəzəmək, əslində, alman adətidir və İngiltərədə yalnız XIX əsrdə şahzadə Albert tərəfindən populyarlaşdırılıb. İlin ən qısa günündə bir-birinə hədiyyələr vermək qədim Roma ənənəsidir. Milad gecəsi barıdan Müqəddəs Nicholas (holland dilində “Sinterklaas”) corab asmaq isə holland ənənəsindən qaynaqlanır. Yeri gəlmişkən, Müqəddəs Nikolasın özü bugünkü Türkiyə ərazisində doğulub. Həzrəti İsanın özünə gəlincə, o, ümumiyyətlə, Yaxın şərqli yəhudidir.

Buna da bax:​ Niyə dini bayramlar müxtəlif ölkələrdə müxtəlif günlərdə qeyd olunur?..

Ənənələr insanları birləşdirir, cəmiyyətləri gücləndirir. "Bu ilin əvvəlində xristian, yəhudi, sikh dostlarım mənim evimdə Qurban bayramını qeyd edəndə ...bu bayramın mənim üçün əhəmiyyətini qeyd etmək və bayram təamlarından dadmaq istəyirdilər. Yəhudi dostlarımla onların Şabat ayinlərini paylaşmaq, yaxud hinduist dostlarımın Dvali bayramını təbrik etməklə mən kimliyimi itirməyəcəyəm. Bu, inanc hissimi zənginləşdirəcək və Britaniyadakı bu ...dini və mədəni zənginliyə dəyər verməyimə yol açacaq", – deyə müəllif yazır.

"Mənə görə Milad, bir çox başqa dini ənənələr kimi, şəfqət, ümid, paylaşmaq, ailə və şənlik və əlbəttə ki, xüsusi yeməklə bağlıdır. Ona görə də, icazənizlə, mən bu bayramda da hind toyuğu fonunda milad selfiləri çəkib paylaşaraq hər kəsə xoş arzularımı çatdıracağam. Bu bayramı qeyd edən, onu tanıyan hər kəsin Milad bayramını təbrik edəcəyəm",Remona Aly yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG