Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:47

Müsəlman polis qadın hicaba görə məhkəməyə üz tutub


New York City. Polislər.

Polis əməkdaşı Danielle Alamrani bilirdi ki, polis forması ilə hicab taxanda cəmiyyətdə heç də hamı bunu xoş qarşılamayacaq.

Ancaq iş yoldaşlarının illərlə ona həm sözlə, həm də fiziki hücumu onun özünü belə təəccübləndirib.

Məhkəmə şikayətində deyilir ki, polis əməkdaşları onun hicabını çıxarmağa çalışıb, onu "hərəkətli hədəf" adlandırıblar. Bir dəfə növbədə olanda rəisi ona deyib ki, çalışıb "növbədə partlamasın".

“BUNA ÖYRƏŞMƏMİŞİK”

Ən pisi odur ki, o, təhqir olunduğunu bildirəndə Nyu York Polis Departamenti (NYPD) özünü eşitməzliyə qoyub.

Buna da bax: Müsəlman rəssamın üsyanı

“Polis əməkdaşlarının həssas olmadığını görməyə öyrəşmişik. Ancaq onların öz həmkarlarına qarşı belə davranışını görməyə öyrəşməmişik", – Alamrani-nin vəkili Jesse C. Rose söyləyir.

Məhkəmə şikayətində deyilir ki, 2012-ci ilin milad bayramı günü qərargahda iki polis zabiti “ona fiziki hücum edərək hicabı başından çıxarmağa çalışıblar". Həmkarları onu təhqir edərək, bağıra-bağıra heç kimin onu sevmədiyini deyiblər. Onu üzünə yumruq vurmaqla hədələyiblər.

Hücum edən zabitlərdən biri bərabər imkanlar ofisinin işçisi olub. Başqa sözlə, Alamrani öz şikayətini məhz bu adama etməli idi.

Buna da bax: Məhkəmə hicab şikayətini rədd edib

İndi Alamrani Nyu York şəhərini, onun polis departamentini və bir neçə polis zabitini təhqir və hücumlara görə məhkəməyə verir.

HİCAB TAXMASINA İCAZƏ VERİLİB, AMMA...

Müsəlman zabitlər cəmiyyəti bildirir ki, 34 min 500 zabitdən təqribən 1500-ü müsəlmandır. Alamrani polis forması ilə hicab taxan iki qadından biridir.

2006-cı ildə polis zabiti olan Alamrani bir il sonra İslamı qəbul edib. 2008-ci ildə o, işə hicab taxmağa başlayıb. 2009-cu ildə ona işdə hicab taxması üçün rəsmi olaraq xüsusi otaq verilib.

Əvvəllər adi patrul işləyən Alamrani hicab taxdıqdan sonra təhlükəsizlik postlarına və dustaqlara nəzarət etməyə göndərilib. Bu isə onun maaşının azalmasıyla sonuclanıb.

Buna da bax: Məhkəmə hicaba görə işdən çıxarılan həbsxana işçisini dəstəkləmədi

2012-ci ildə Alamrani rəsmi kanallarla təhqirin dayandırılmasını və bərabər məvacib tələb edib. Həmin ilin sonunda yuxarıda söz açılan hücum baş verib.

Sonrakı illər ərzində də təhqirlər davam edib. Məhkəmə iddiasında deyilir ki, qonşuların onun evindəki səslə bağlı şikayətindən sonra polis zabiti onu və uşaqlarını qanunsuz olaraq səkkiz saat saxlayıb və təhqir edib.

“BUNA NORMAL İNSAN DÖZMƏZ”

Stress Alamrani-ni erkən təqaüdə çıxmağa vadar edib. Ancaq o, 2015-ci ildə geri qayıdıb və hələ də "ən pis formada ayrıseçkiliyə məruz qaldığını" görüb.

“Bu zaman beynəlxalq məsələlər və müsəlmanlara dair digər geniş yayılmış təsəvvürlər səbəbindən daha pis sözlər deyilirdi", – məhkəmə şikayətində qeyd edilir. Həmkarları Alamrani-ni “İŞİD”, “terrorçu”, “Taliban” və “Cihad” deyə çağırırmış. “Bu gündəlik təhqirə normal insan dözə bilməz", – sənəddə deyilir.

2015-ci ilin noyabrında Alamrani silah məşqində ikən həmkarı onun şəklini çəkərək Facebookda paylaşıb. Şəklin altına yazılan şərhlərdə zorakılıq təhlükəsi elementləri olub.

Buna da bax: Nyu-Yorkda müsəlman polislərə saqqal saxlamağa icazə verildi

Müsəlman Zabitlər Cəmiyyətinin prezidenti leytenant Adeel Rana deyir ki, artmaqda olan antiislam əhval-ruhiyyəsi müsəlman polis əməkdaşlarının həm departamentin daxilində, həm də xaricində hədəfə çevrilməsinə yol açıb:

“Məsələ burasındadır ki, NYPD-də xidmət edənlər də insandırlar. Onların da öz qərəzləri var".

Günün bütün mövzuları

XS
SM
MD
LG