Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 18:59

‘Müsavat’da prezident seçkiləri söhbətləri


Müsavat Partiyasının qərargahında dəyirmi masa

Bu gün, noyabrın 21-i Müsavat Partiyasının qərargahında “2018-ci ilin Prezident seçkiləri: boykot, yoxsa iştirak?” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri Strateji Milli Düşüncə Mərkəzi təşkil edib.

Dəyirmi masaya qatılan ictimai-siyasi qüvvələr 2018-ci il prezident seçkilərində iştirakı ən vacib məsələ kimi dəyərləndiriblər və birmənalı olaraq prosesə qatılmağın tərəfdarı olublar.

Buna da bax:​ Yada düşən öhdəliklər... Azərbaycanı nə gözləyir?

Mərkəzin rəhbəri İsa Qəmbər cəmiyyətdə istənilən seçkinin tərəfdarı və əleyhdarları olduğunu söyləyib. Onun fikrincə, seçkidə iştirak edən qüvvə onu boykot edənin rəyinə hörmətlə yanaşmalıdır. Ancaq boykot qərarı verənlər də seçkidə iştirak edənləri günahlandırmamalıdırlar.

Müsavat Partiyasının qərargahında dəyirmi masa
Müsavat Partiyasının qərargahında dəyirmi masa

İ.Qəmbər müxalifətin seçkilərdə boykot və iştirak təcrübəsini xatırladaraq özünün də namizəd olduğu 2003-cü ilin üzərində dayanıb. “Müxalifət o zaman seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi”? – deyə o vurğulayıb.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Mərkəz rəhbəri deyib ki, indi əsas məsələ demokratik seçki mühiti yaradılmasına nail olmaqdır. Onun fikrincə, bu mərhələdə boykot tərəfdarları ilə də əməkdaşlıq mümkündür:

“Bu mənada Müsavat Partiyası “Seçki Məcəlləsi”ndə ən önəmli olan 5-6 istiqamət üzrə islahatlar aparılması üçün təkliflər paketi hazırlayıb. Hesab edirik ki, məcəllədə dəyişikliklərə nail olmaq üçün indidən çalışmaq lazımdır. Elə düşünmək lazım deyil ki, vaxt çox qalır, əslində vaxt çox azdır”.

Toplantıda ayrı-ayrı ictimai-siyasi qurumları təmsil edən şəxslər və seçki ekspertləri də çıxış edərək prosesin önəmindən bəhs ediblər.

Buna da bax:​ Müsavat partiyası referendum keçirilməsini istəyir

Çıxışlarda qeyd edilib ki, ölkənin kİV-ləri hakimiyyətin nəzarətindədir. Ancaq müxalifət də müasir vasitələrindən, sosial şəbəkələrdən istifadə edə bilər.

Tədbirə Müsavat, Vətəndaş Həmrəyliyi Partiyası və REAL hərəkatından nümayəndələr qatılıblar.

Buna da bax:

Xatırlatma

2003-cü il prezident seçkilərinin rəsmi qalibi hazırkı prezident İlham Əliyevdir. Mərkəzi Seçki Komissiyasının bildirməsinə görə, həmin seçkilərdə İsa Qəmbər səslərin yalnız 13 faizini qazanıb.

İsa Qəmbər isə bu nəticəni qəbul etmir.

Ölkədə növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

Müsavat Partiyası hakimiyyətə seçki komissiyalarının paritet əsasda formalaşması və təşviqat müddətinin artırılması ilə bağlı təkliflər verib.

Hazırda komissiyaların üçdə biri hakim Yeni Azərbaycan Partiyasına, üçdə biri parlamentdə düşən azlığa, üçdə biri isə oradakı bitərəflərə məxsusdur.

Faktiki Milli Şura və Müsavat Partiyası komissiyalardan kənarda qalıb. Hakimiyyət rəsmiləri bu bölgünü düzgün sayırlar və bildirirlər ki, müxalifət komissiyaların paritet əsasda formalaşmasından istifadə edib seçki prosesini poza bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG