Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:51

Müsavat partiyası referendum keçirilməsini istəyir


Müsavat partiyasında bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı toplantı, 30 avqust 2017
Müsavat partiyasında bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı toplantı, 30 avqust 2017

2018-ci ildə Azərbaycanda prezident seçkisinin demokratik keçirilməsindən ötrü ciddi islahatlarının aparılması və ictimai diqqətin bu məsələyə köklənməsi vacibdir.

Bu fikirlər bu gün, sentyabrın 19-da Müsavat Partiyasının təşkil etdiyi dinləmələrdə səsləndirilib.

Çıxış edənlər Azərbaycanın köklü problemlərdən əziyyət çəkdiyini, onların çarəsinin demokratik seçkilər olduğunu bildiriblər.

Dinləmələrdə Müsavat Partiyasının seçki islahatları ilə bağlı layihəsi açıqlanıb. Layihədə vurğulanır ki, hazırda Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsindən ötrüzəruru qanunvericilik bazası mövcud deyil. Zaman-zaman ölkədə seçki institutunun sıradan çıxarılması cəhdləri davam edib, cəmiyyətdə seçki yolu ilə hakimiyyət dəyişiklikliyinin mümkünlüyünə inam zəifləyib.

Müsavat Partiyası ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokraik seçki mühitinin formalaşdırılmasından ötrü referendumun keçirilməsini, eyni zamanda Seçki Məcəlləsinə dəyşikliklərin edilməsini tələb edir.

Partiya hesab edir ki, seçki sistemi proporsional ( partiya siyahısı) sistem ilə əvəzlənməli, deputatların sayı isə 200 nəfərə çatdırılmalıdır.

“Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən müddəa ləğv edilməli, prezidentin səlahiyyət müddəti7 ildən 5 ilə endirilməlidir ”, təkliflərdə yazılır.

Bundan başqasənəıddə vurğulanır ki, seçki komissiyaları paritet qaydada təşkil olunmalı, təşviqatdan ötrü ədalətli hüquqi mühit, bərabərhüquqlu siyasi rəqabət şəraiti təmin edilməli və kompaniya müddəti artirilmalidir.

Digər siyasi qüvvələr, hələlik, Müsavat-ın seçki islahatları təklifinə münasibət bildirməyiblər.

Xatırlatma

Hazırda ölkə parlamentində deputat mandatının sayı 125-ə bərabərdir . Parlament seçkiləri yalnız mojaritar ( namizədlərin fərdi qayadada irəli sürülməsi) qaydada keçirilir. Halbuki, konstitusiyaya 2002-ci ildə edilən dəyişiklilərə qədər deputatların 20 faizi proporsinal qaydada seçilirdi.

Hazırda seçki komissiyaları üçdə bir prinsp ilə formalaşır. Komissiya üzvlərinin üçdə biri hakim partiyadan, üçdə biri bitərəflərdən, üçdə bir isə parlamentdə təmsil edilən azalıqdan formalaşır. İndi faktiki Milli Şura və Müsavat partiyasının təmsilçiləri komissiyaya düşə bilmirlər.

Seçki komissiyalarının paritet əsasda formalaşması istəyini müxalifət bundən əvvəl də dəfələrlə dilə gətirib. Ancaq hakimiyyət rəsmiləri bunu qəbul etmirlər. Onlar deyirlər ki, komissiyalar paritet əsasda formalaşarsa bəzi müxalifət partiyaları bundan seçki prosesini pozmaq məqsədi ilə istifadə edə bilərlər. Üstəlik, onların fikrincə xalq müxalifət partiyalarına parlament seçkilərində etimad göstərərsə onlar komissiyalara düşmək imkanını əldə edərlər. Müxalifət isə hesab edir ki seçkilər azad və ədalətli keçirilmədiyindən buna real imkan yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG