Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:28

Müsavat 'Respublika' yaratdı


-

Avqustun 2-də Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında qərar qəbul olunub.

Bu haqda partiyadan bildiriblər.

Məclisin ardınca təşəbbüs qrupunun təsis yığıncağı keçirilib. Yığıncaqda təşəbbüs qrupunun “Respublika” adlandırılmasına qərar verilib.

Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı 40-dan artıq rayonda ilkin təşəbbüs qruplarının yaradıldığı və 200-dən artıq nümayəndənin seçildiyini bildirib.

Müsavat başqanı Arif Hacılı “Respublika” təşəbbüs qrupuna Müsavat, D18 Gənclər hərəkatı, bitərəflər və digər təşkilatların nümayəndələrinin daxil olacağını bildirib.

“Respublika” təşəbbüs qrupu Konstitusiya dəyişiklikləri əleyhinə təşviqat aparmağı planlaşdırır. (Ardı aşağıda)

Buna da bax: Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçirəcək. Müxalifətin başqa bir hissəsi Demokratik Qüvvələrin Milli Şurası, hələlik, təşviqat prosesində iştirak etmək niyyətində deyil.
Ancaq hakim Yeni Azərbaycan Partiyası da təşəbbüs qrupu yaradıb. Onlar isə konstitusiyaya dəyişikliklərin lehinə təşviqat aparmaq niyyətindədirlər.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

XS
SM
MD
LG