Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 21:23

-

Hakim Yeni Azərbaycan Partiyası sentyabr 26-na təyin olunmuş referendumda Konstitusiyaya dəyişiklikləri dəstəkləmək niyyəti ilə təşəbbüs qrupu yaratdığını elan edib.

Bu haqda hakim partiyanın saytı xəbər verir.

Partiya bildirir ki, avqustun 1-də təşəbbüs qrupunun yaradılması məqsədi ilə təşəbbüsçülərin yığıncağı keçirilib. Yığıncaqda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndənin iştirak etdiyi bildirilir.

Təşəbbüs qrupu “Yeni Azərbaycan ” adlandırılıb. Partiya qrupun adının Konstitusiyaya əlavə və dəyişikliklərin ali məqsədinin, məramının nəzərə alınaraq seçildiyini bildirir.

“Yeni Azərbaycan”ın qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına (MSK ) bildiriş təqdim ediləcək.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

MSK sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi üzrə əsas tədbirlərə dair təqvim planını təsdiqləyib. Səsvermə tarixinin elan edilməsi ilə təşviqat qrupunu yaratmaq olar. Təşəbbüs qrupunun yaradılmasından ötrü ilkin olaraq MSK-ya ən azı 2000 seçicinin imzası təqdim edilməlidir. Müraciətə 5 gün ərzində baxılmalıdır.

Bu proses avqustun 22-si saat 18:00-dək başa çatmalıdır. Təşviqat qrupunun qeydiyyatından ötrü də 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Bütün ölkə boyunca təşviqat qrupunun yaradılmasının üstünlüyü ondadır ki, qrup İctimai televiziya və dövlət qəzetlərində pulsuz efir vaxtı əldə edir.

Referendumda təşviqat sentyabrın 3-də başlayır. Sentyabrın 25-də saat 8:00-da da başa çatır.

Buna da bax: Milli Şura referendum əleyhinə təşviqat aparacaq

Ümumxalq səsverməsi sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG