Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19
Müsavatçılar piketə cəhd edir
Gözlə

No media source currently available

0:00 0:08:12 0:00

Müsavatçılar piketə cəhd edir

Müsavatçılar piketə cəhd etdi. Başqanları saxlandı

15:18 12.11.2019
Saxlananlar var
Saxlananlar var


Bakı şəhər İcra Hakimiyyətinin önünə doğru gələn Müsavat Partiyasının bəzi fəalları da deyiblər ki, onlar Konstitusiya Günündə sərbəst toplaşmaq azadlığı istəyirlər, amma buna imkan verilmir.

Fəalların bildirməsinə görə, aksiyaya cəhd zamanı 10-a yaxın şəxs saxlanıb.

Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Bakı şəhər Baş Polis İdarəsindən bundan əvvəl bildirilmişdi ki, piket icra hakimiyyəti ilə razılaşdırılmadığından ona imkan verilməyəcək.

15:11 12.11.2019

Fərəc Kərimli və Səxavət Soltanlı saxlanıb

Saat 14:58-ci radələrində Müsavat Partiyası rəhbərliyindən Fərəc KərimliSəxavət Soltanlı metronun «İçərişəhər» stansiyasının önünə gələrək jurnalistlərə açıqlama vermək istəyiblər. F.Kərimli deyib ki, Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına heç bir əsas olmadan «yox» deyib. O qeyd edib ki, Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının təmin edilməsini, Konstitusiyaya əməl olunmasını tələb edir.

Polis onun açıqlamasına axıra kimi imkan verməyərək hər ikisini saxlayıb. Onlar saxlanarkən «sərbəst toplaşmaq azadlığı təmin edilsin» şüarını səsləndiriblər.

Müsavat Partiyasının bəzi fəalları da Bakı şəhər İcra Hakimiyyətinin önünə doğru irəliləyərək, «azadlıq», «istefa» kimi şüarlar səsləndiriblər. Polis onları da saxlayıb.

14:37 12.11.2019
Piket öncəsi
Piket öncəsi


Polis Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyevi saxlayıb. O, polis maşınına mindirilərək aparılıb...

13:52 12.11.2019

Müsavat başqanının saxlandığı deyilir

Bu gün, noyabrın 12-də günorta Bakının 8-ci mikrorayon ərazisində Müsavat Partiyasının başqanı Arif Hacılının saxlandığı bildirilir.

Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb.

G.Aslanlının deməsinə görə, A.Hacılının avtomobilini yol polisi dayandırıb.

Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

G.Aslanlının sözlərinə görə, A.Hacılı Müsavat Partiyasının qərargahına gedərkən saxlanıb.

Davamı

XS
SM
MD
LG