Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:51

Müsavatçının sərbəst buraxıldığı deyilir-yenilənir


Müsavt partiyası
Müsavt partiyası

Bu gün, iyunun 17-də Rüfət Baxışbəylinin sərbəst buraxıldığı açıqlanıb.

Məlumatı AzadliqRadiosuna "Basta"nın baş redaktoru Mustafa Hacıbəyli verib.

Mustafa Hacıbəyli deyib ki, Rüfət Baxışbəyli bu gün, iyunun 17-də ailəsinə zəng edərək buraxıldığını vurğulayıb.

Hələlik, Rüfət Baxışbəylinin özü ilə danışmaq mümkün olmayıb.

Mustafa Hacıbəyli güman edir ki, Rüfət Baxışbəylinin sərbəst buraxılmasında onların ombudsman Elmira Süleymanovaya müraciətinin təsiri olub.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatından da münasibət almaq mümükün olmayıb.

***

Müsavat Partiyasının Məclis üzvü və “Basta” saytının əməkdaşı Rüfət Baxışbəylinin iyunun 16-da saxlandığı bildirilir.

Ancaq onun yerinin bilinmədiyi qeyd edilir.

Bu haqda “Basta”nın baş redaktoru Mustafa Hacıbəyli AzadliqRadiosuna danışıb.

Mustafa Hacıbəyli bildirib ki, Rüfət Baxışbəylinin qeydiyyatda olduğu Masallı rayonunun Polis Şöbəsi ilə də əlaqə axlayıblar, ancaq onun orda olmadığını söyləyiblər:

“Rüfət Baxışbəylini mülki geyimlilər Hökməli kəndində kirayədə yaşadığı evindən aparıblar. Onlar özlərini Yasamal polisinin əməkdaşı kimi təqdim ediblər, evdə axtarış da aparıblar. Ancaq əlaqə saxladığımız Yasamal Rayon Polis İdarəsindən də Rüfət Baxışbəylinin orda olmadığını dedilər. Çox qəribədir ki, Abşeron Rayon Polis İdarəsindən də ( Hökməli kəndi Abşeron rayonundadır) onun orda olmadığını bildirdilər”.

Mustafa Hacıbəyli güman edir ki, istirahət günü olduğundan ( Bu gün iyunun 17-i bazar günüdür-r) gün ərzində Rüfət Baxışbəyli haqda məlumat ala bilməyəcəklər.

O, Rüfət Baxışbəylinin hüquqlarını vəkil Osman Kazımovun müdafiə etdiyini bildirib.

Müsavat Partiyası rəhbərliyi hesab edir ki, Rüfət Baxışbəyli siyasi fəaliyyəti ilə bağlı saxlanıb.

Ancaq bütün bu deyilənlərə, hələlik, nə Daxili İşlər Nazirliyindən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub. Rəsmilər bundan əvvəl bir qayda olaraq insanların Azərbaycanda siyasi fəlaiyyətlərinə görə təqib edilməsi ilə bağlı deyilənləri qəbul etməyiblər.

XS
SM
MD
LG